“Beta” tropik qasırğası Texasda güclü daşqınlara səbəb olub

23.09.2020 - 15:03

ABŞ-ın cənub-şərqi ştatlarını cənginə alan “Beta” tropik qasırğası Texas ştatının Hyuston rayonunda güclü daşqınlar əmələ gətirib.

AZƏRTAC xəbər verir ki, sutkadan artıq davam edən güclü yağışlarla əlaqədar, şəhər administrasiyası əhalini imkan daxilində evdə qalmağa və şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırmaq məcburiyyətində qalıb.

İri avtomagistrallarda yolların bəzi hissələri su altında qalıb, bu səbəbdən sürücülər şəxsi minik vasitələrini yollarda qoyub getməyə məcbur olublar. Son iki gün ərzində bəzi rayonlara 30 santimetrdən çox yağıntı düşüb. Davam edən daşqınlarla bağlı Texasın qubernatoru Qreq Ebbot ştatın 29 dairəsində təbii fəlakət barədə elan edib. O deyib: “Biz qasırğanı diqqətlə izləyəcək və Texas sakinlərinin təhlükəsizliyini təmin etməkdən ötrü rəsmi şəxslərlə birgə fəaliyyət göstərəcəyik”.

Qasırğa Texasdan sonra Luiziana və Missisipi ştatlarının ərazilərinin dərinliklərinə doğru istiqamət götürəcək. Atlantikdə qasırğalar mövsümü rəsmi olaraq iyunun 1-dən noyabrın 30-dək davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=154779

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31