Öümlə bitmiş aksiyaya səbəb olan məktəb direktoru işdən kənarlaşdırıldı

19.01.2015 - 14:50

Hövsan kəndində kütləvi aksiya keçirilir. Musavat.com-un hadisə
yerində olan reportyoru xəbər verir ki, buna səbəb 118 saylı orta
məktəbin direktoru Qardaşxan Kərimovun hərəkətləri və dediyi sözlərdir. Direktorun kənd camaatını, xüsusilə də şagirdlərin valideynlərini təhqir etdiyi bildirilir. 
Yerli
sakinlər reportyorumuza danışıblar ki, hər şey dərslərin boş keçməsinə
görə yaranıb. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin
başqası ilə əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab
verib: “Atanız evdə olmayanda sizə başqa kişçi gəlib atalıq edir?”
Bu
söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb
olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq
aksiya keçirib, Q.Kərimova etirazlarını bildiriblər. Aksiya zamanı
Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halı pisləşib və
o, dünyasını dəyişib.
Hazırda hövsanlılar
kəndin icra nümayəndəliyinin qarşısında toplanaraq aksiya keçirirlər,
Q.Kərimovun cəzalandırılmasını tələb edirlər.
 ***
 14:30

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar məlumat yayıb.

İdarədən bildirilib ki, hazırda idarənin əməkdaşları sözügedən
məktəbdədirlər. Məsələ tam araşdırılana qədər məktəbin direktoru
Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə
olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Qeyd olunur ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin
nəzarəti altındadır: “118 nömrəli tam orta məktəbin ətrafında baş verən
hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq
hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə
məlumat veriləcək. Dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin
hüznlə başsağlığı verir və allahdan rəhmət diləyirik”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15479

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728