Ucarda dəhşətli qəza: prokuror köməkçisi yanaraq öldü

19.01.2015 - 12:39

Ucar rayonunda ağır yol qəzası baş verib.

Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu
gün saat 09 :00 radələrində Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən
keçən hissəsində qeydə alınıb. 99 –DY-262 dövlət nömrə nişanlı, ağır tonnajlı beton qarışdıran
avtomobillə “Mercedes” markalı minik avtomobilinin toqquşması
nəticəsində güclü yanğın baş verib. Minik avtomobili yanıb, iki nəfər
yanaraq ölüb. Avtomobil tamamilə yandığı üçün dövlət nömrə nişanı görünməyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayonunun Yanğından
Mühafizə Hissəsinin və Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Qəzanın baş vermə səbəbi Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır. Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə, Bakı-Qazax
yolunun Ucar rayonundan keçən hissəsində baş verən yol qəzasında
ölənlərdən biri Göyçay Rayon Prokurorunun köməkçisi Emin Natiq oğlu
Qurbanovdur. Öən digər şəxsin də kimliyi açıqlanıb. Öən şəxs Ehtiram
Salahovdur.(apa)

Short URL: http://www.cumhuriyyet.net/?p=15481

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930