Şabranda ara qarışdı: rəis müavini söz verdi

19.01.2015 - 14:55

Şabranda fəaliyyət göstərən “Qala” özəl mühafizə şirkəti işçilərə
maaşlarını vermədiyi üçün rəhbərliyin evi qarşısında aksiya
keçirilib. Şabrandakı mənbədən axar.az-a verilən məlumata görə, 90
nəfərin iştirakı ilə şirkətin rəhbəri, ötən ilə qədər sahə müvəkkili
vəzifəsində çalışmış Şakir Həbibovun evi qarşısında mitinq olub.

Təqaüdə çıxandan sonra polis sıralarından ayrılan firma rəhbəri
“Qala”ya başçılıq edib. Şirkət mühafizə xidmətinə depozitlə işçi cəlb
etməyə başlayıb. Hər bir əməkdaş 2000-2500 manat civarında depozit qoyub
və üç aydan gec olmamaq şərti ilə əmək haqlarını alıb. Məlumatda
bildirilir ki, şirkət rəhbəri depozit qoyan işçilərə maaş vermədiyinə
görə narazılar evinin qarşısına toplaşıb.

“Qala” rəhbəri onların qarşısına
çıxmayıb və əraziyə polis qüvvələri cəlb olunub. Aksiya iştirakçıları
arasında saxlanılanlar olub. Digər etirazçılar isə saxlanan
həmkarlarının ardınca Şabran Rayon Polis şöbəsinə üz tutublar.
Aksiyaçıların qabağına rayon polis rəisinin müavini Laçın Hacıyev çıxıb
və problemin bir neçə günə həll ediləcəyinə söz verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=15485

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728