Cəmil Həsənli 20 yanvar həqiqətlərindən yazdı

20.01.2015 - 00:36

1990 il yanvar hadisələrinin baş verməsindən 25 il keçir. Bu
müddət hadisənin tarixləşməsi üçün kifayət qədər böyük müddətdir.
Azərbaycan müstəqillik tarixi salnaməsindən məhz 20 yanvar xalqımızın
yaddaşına oturub və hər il heç bir xüsusi hazırlıq olmadan milyonlarla
azərbaycanlı şəhidlər xiyabanını ziyarət edir. Tarixçi alim Cəmil
Həsənli 25 illik zaman fasiləsindən o dövrün hadisələrinə ekskurs
etmişdir. Onun Contact.az saytında dərc olunmuş yazısını oxuculara
təqdim edirik. 

Ötən əsrin 80-ci illərində Sovet
cəmiyyəti böhran həddinə gəlib çıxmışdı. Bir-birinin ardınca dəfn olunan
baş katiblər, əslində 70 il ərzində özünü doğrultmayan SSRİ-nin dəfninə
cəmiyyəti hazırlayırdı. Siyasi sistemin yararsızlığı, iqtisadı həyatın
səmərəsizliyi göz qabağında idi. İnzibati idarəçilik formalarının
amirlik metodlarına söykənməsi artıq özünü doğrultmurdu. İdeoloji
dayaqlar çürümüş, kommunizm haqqında nəzəri müddəalar ironiya mənbəyinə
çevrilmişdi. Belə bir şəraitdə Qorbaçov reformaları ideya olaraq
cəlbedici görünsə də, praktiki baxımdan uğursuzluğa məhkum idi. Çünki
planlaşdırılan reformaların iqtisadı təminatı yox dərəcəsində idi,
siyasi təminatı isə dayanıqlı deyildi. Marksizm-leninizm təlimi meydana
çıxan suallara inandırıcı cavab verə bilmirdi. Mixail Qorbaçov yeni
ideoloji podxod axtarışına çıxsa da, lakin bu heç də həmişə uğurlu
nəticələr vermirdi. Dünya sosializm sistemini bürümüş böhrana Sovet
milli respublikalarında dərinləşən milli, sosial və iqtisadi çətinliklər
əlavə olunurdu. 

Qorbaçov reformalarının milli
respublikalarda işlək mexanizmi yox idi. Real iqtisadi göstəricilər elan
olunan rəsmi rəqəmlərdən çox fərqli idi. Rəqəmlərin şişirdilməsi adi
hal almışdı. Rəqəmlər şişirdildikcə sosial-iqtisadi həyat, əhalinin
yaşayış səviyyəsi aşağı düşürdü. Böhran dərinləşdikcə partiya
nomenklaturası real həyatdan daha çox ayrılıb kabinet həyatına üstünlük
verirdi. Real həyatda cavabı tapılmayan sualların sayı çoxalır, dairəsi
genişlənirdi. Yerli partiya təşkilatları onların rahatlığını pozan
yuxarıdan başlanan islahatların nəticə verəcəyinə inanmırdılar. Sovet
İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1987-ci ilin yanvar
ayında keçirilən plenumunda “aşkarlıq və demokratiya xəttinin” qəbul
edilməsi mühafizəkarlarla islahatçılar arasında balansı ikincilərin
xeyrinə dəyişdi.[1] Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin keçmiş məsul əməkdaşı, Rusiyanın Azərbaycandakı hazırkı
səfiri Vladimir Doroxin haqlı olaraq yazır ki, “проявлялось РІСЃРµ больше
признаков недееспособности советской экономики. Предложенные
М.Горбачевым меры по ускорению не работали. Нестерпимым становился
дефицит продовольствия и товаров широкого потребления. Росла социальная
напряженность”.[2] Lakin ən maraqlısı ondan ibarətdir ki, Mərkəzdən
fərqli olaraq yerlərdə islahatçıların sosial bazası yox idi. Pribaltika
respublikaları istisna olmaqla milli respublikalar öz təbiətinə görə
mühafizəkar məzmuna malik idilər. Onlar bəzən aşkarlığı nəbz yoxlaması
kimi dəyərləndirir, demokratiyanı dövlət təhlükəsizliyi orqanlarının
yerli idarəçilərin ağzını araması kimi başa düşür və bütün vasitələrlə
gedən proseslərdən ehtiyatlanırdılar. Azərbaycan KQB-nin keçmiş sədri
Vaqif Hüseynov 2013-cü ildə Moskvada nəşr olunmuş xatirələrində etiraf
edir ki, “политическом руководстве Азербайджана были убуждены РІ
кратковременном характеры горбачевского РєСѓСЂСЃР°”.[3]

Baş verən proseslər Azərbaycan üçün
də gözlənilməz idi. 1987-ci ilin oktyabr plenumunda uzun müddət
(1969-1982-ci illərdə) respublika partiya təşkilatına rəhbərlik etmiş
SSRİ Nazirlər Sovetinin birinci müavini (1982-1987-ci illər) Heydər
Əliyevin vəzifədən və Siyasi Büro üzvlüyündən azad edilməsi Azərbaycanda
yerli rəhbərliyin dəyişməsini qaçılmaz edirdi. Belə də oldu. Uzun
müddət Azərbaycandan kənarda diplomatik işlərdə çalışan keçmiş komsomol
kadrı Əbdürrəhman Vəzirov 1988-ci ilin may ayında respublika partiya
təşkilatının birinci katibi “seçildi”. Azərbaycanda dəyişikliklərə start
verildi. Lakin bu dəyişikliklər Əiyev kadrlarının vurulmasından,
vəzifələrdən uzaqlaşdırılmasından uzaq getmədi.[4] Cəmiyyətin həyatının
ən müxtəlif sahələrində yığılıb qalmış çoxlu problemlərə regionu bürümüş
milli münaqişələr də əlavə olunmağa başladı. SSRİ-də təxminən 20-yə
qədər münaqişəli ərazilər var idi. Bunlardan ən üzdə olanı Dağlıq
Qarabağ ətrafında başlanmış müzakirələr idi.[5] 1988-ci ilin fevralında
Dağlıq Qarabağ muxtar vilayətində separatist meyllərin açıq müstəviyə
keçməsi və xüsusilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
haqqında vilayət sovetinin qərarı Azərbaycanda hadisələrin dramatik
mərhələyə keçməsi ilə nəticələndi.[6] Fevral ayının 21-də Siyasi Büro
Dağlıq Qarqabağda başlanmış separatçı çıxışları müzakirə edərək belə
qərara gəldi ki, никаких сейчас территориальных изменений вообще, РІ
принципе, Рё РІ данном случае.[7] Stepanakertdəki (Xankəndi) hadisələri
qiymətləndrərkən Qorbaçov Siyasi Büronun iclasında etiraf edirdi ki,
“импульсы РёРґСѓС‚ РёР· Армении”.[8] Lakin bu “импульс”-un qarşısını almaq
üçün praktiki olaraq heç bir iş görülmür, hətta Moskva tərəfindən
ermənilərin separatist tələbləri bəzən “aşkarlıq və plüralizm şousunda”
himayə edilirdi. Bunu hadisələrin ilk başlanğıcında Əfqanıstan
məsələsinin tənzimlənməsi, Dağlıq Qarabağda vəziyyət və digər
məsələlərlə bağlı kütləvi informasiya vasitələri rəhbərləri ilə Sov.İKP
MK-da keçirilən görüşdə yenidənqurmanın baş ideoloqu sayılan Aleksandr
Yakovlev açıq şəkildə ifadə edirdi.[9] Qarabağda baş verən hadisələri
Qorbaçov Heydər Əliyevin üzərinə yönəltmək istəyirdi və Siyasi Büronun
iclasında qeyd edirdi ki, “очень часто фамилия Алиева склоняется РІ этих
ситуациях, повторяется сделанном им в Карабахе заявление, что Карабах
был Рё всегда будет азербайджанским».[10] Həmin ilin fevral ayının 28-də
Sovet xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Sumqayıt
hadisələrinin baş verməsi, “gənclik” şəhərində 26 erməni və 6
azərbaycanlının qətlə yetirilməsi milli qarşıdurmaları barışmaz
müstəviyə yönəldirdi.[11] Çox təəssüf ki, Sumqayıt hadisələri başlanana
qədər yox, məhz faciə baş verdikdən sonra Siyasi Büro qərara gəldi ki,
“там нужно показать «руку власти».[12] Sov. İKP MK Siyasi Bürosunun
hadislərdən dərhal sonra, fevral ayının 29-da keçirilmiş iclasının
materiallarından aydın olur ki, Mərkəz istər Azərbaycanda, istərsə də
Ermənistanda baş verən hadisələrdən xəbərdardır. Həmin iclasda
qarşıdurmanın gərginləşməsini Qorbaçov belə izah edir: “Азербайджанцы
начали бежать (из Армении – Дж.Г.), опасаясь расправы и заявляя, что
житья РЅРµ дают РёРј РІ Армении. Р’РѕС‚ это послужило толчком”. [13] 1988-ci
ilin payızında Ermənistanın yalnız Quqark rayonunda 70 azərbaycanlı dinc
vətəndaş qətlə yetirilmişdi. Silahlı dəstələrin hücumlarından canlarını
qurtarmaq üçün azərbayanlı əhali tez-tez Ermənistan-Türkiyə
sərhədlərinə sığınmalı olurdular. Qorbaçovun 1988-ci ilin fevral ayının
23-də hər iki xalqa müraciəti, Sov.İKP MK-nın Dağlıq Qarabağda
sosial-iqtisadi inkişafı sürətləndirmək haqqında 24 mart tarixli qərarı,
SSRİ Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağ hadisələri ilə bağlı
hər iki respublikaya 23 mart tarixli müraciəti, mövcud ixtilafı hər iki
xalqın xeyrinə həll etmək barədə 18 iyul tarixli qərarın vəziyyətin
sabitləşməsinə ciddi təsiri olmadı.[14]

1988-ci ilin may ayının 18-də
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi tələbi ilə Bakının baş
meydanında mitinqlərə start verildi. Həmin ilin payızında Ermənistan
SSR-dən qovulmuş azərbaycanlı qaçqınlara Dağlıq Qarabağ muxtar vilayəti
ərazisindən qovulmuş azərbaycanlı qaçqınlar da əlavə olundu. Qaçqın
dalğası altında respublikanı xaos bürüdü. Məhz, ərazi bütövlüyü uğrunda
mübarizə fonunda genişlənən xalq hərəkatının gedişində SSRİ tərkibində
suverenliyə nail olmaq ideyası ətrafında Xalq Cəbhəsinın yaradılmasına
təşəbbüs edildi. Bu məqsədlə yaradılmış təşəbbüs qrupu 1988-ci ilin 17
noyabrından – 5 dekabrına qədər keçirilən 18 günlük fasiləsiz
mitinqlərdə Xalq Cəbhəsinin proqram layihəsini əhali arasında yaydılar.
Həmin ilin noyabr ayının 24-də Bakı şəhərində fövqəladə vəziyyət elan
olundu və “milli və irqi ayrıseçkiliyi” qızışdıranlara qarşı mübarizə
adı altında 344 cinayət işi qaldırıldı və 1300 nəfər şəxs isə inzibati
qaydada cəzalandırıldı.[15] Fövqəladə vəziyyətdən istifadə edərək Dağlıq
Qarabağı Azərbaycanın nəzarətindən çıxarmaq üçün Moskva daha bir addım
atdı1989-cu ilin yanvar ayının 12-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti
“Azərbayca SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik
formasının tətbiqi haqqında” qərar verdi. Arkadi Volski bir başa
Moskvaya tabe olan müvəqqəti yaradılmış Xüsusi İdarə Komitəsinin sədri
təyin edildi və konstitusiya üzrə vilayətin Azərbaycana və yerli
hakimiyyət orqanlarına aid olan idarəçilik funksiyaları ona verildi.[16]
Əslində belə bir təkliflə hələ bir il əvvəl Sov.İKP MK katibi
A.Yakovlev M. Qorbaçova müraciət etmişdi. O, 1988-ci ilin yanvarında Baş
katibə yazırdı ki, “функционирование Нагорно-Карабахских областных
органов управления временно поставить под непосредственный контроль
центральных органов страны”. Bunun ardınca Yakovlev təklif edirdi ki, “РІ
дальнейшем вести дело к тому, чтобы преобразовать область в aвтономную
республику”. Onun fikrincə, “такой РїРѕРґС…РѕРґ…РЅРµ должен вызывать
возрожения ни с одной стороны – азербайджанцы сохраняют
территориально-админстративный статус-кво. [17] Армяне получают факт
функционирования органов управления, непосредственно подконтрольного
центру”. Hadisələrin sonrakı gedişində 1989-cu ilin iyul ayının 16-da
yarım-leqal şəraitdə Xalq Cəbhəsinin təsis konfransı keçirildi və
respublika nazirlər soveti həmin ilin oktyabr ayının 5-də xalq
kütlələrinin təzyiqi altında Xalq Cəbhəsini qeydiyyata almağa məcbur
oldu. Artıq 1989-cu ilin yayından başlayaraq vəziyyətə nəzarət kommunist
partiyasından tədricən Xalq Cəbhəsinə keçirdi. Bu rəsmi qeydiyyatdan
bir neçə həftə əvvəl məhz, Xalq Cəbhəsinin təşəbbüsü ilə Azərbaycan Ali
Soveti 1989-cu ilin sentyabr ayının 23-də növbədənkənar sessiya çağırıb
“Azərbaycan SSR-nin suverenliyi haqqında” Konstitusiya qanununu qəbul
etdi. Sənəddə respublikanın SSRİ-nin tərkibindən çıxmasınının
reqlamentini müəyyənləşdirən bəndlər salınmışdı.[18]

Bakıda qəbul edilmiş suverenlik
qanunu SSRİ-də bu tipli ilk qanun idi və onun qəbul olunması istər Sovet
respublikalarında, istərsə də dünyada çox böyük marağa səbəb oldu. Bu
qanun Azərbaycan milli hərəkatının beynəlxalq nüfuzunu xeyli artırdı.
Sentyabr ayından başlayaraq ölkəni tətillər dalğası bürüdü və bundan
sonra etiraz aksiyaları yüksələn xətlə getməyə başladı. Gündən-günə
genişlənən xalq hərəkatının təzyiqi ilə 1989-cu ilin noyabr ayının 28-də
SSRİ Ali Soveti Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini ləğv etməli
oldu. Elə həmin qərarla muxtar vilayətin idarəsi SSRİ Ali Soveti xüsusi
komissiyasının nəzarəti altında Azərbaycan SSR təşkilat komitəsinə
tapşırıldı.[19] Bundan 3 gün sonra dekabr ayının 1-də Ermənistan Ali
Sovetinin “Dağlıq Qarabağın Ermənistan SSR-yə birəşdirilməsi haqqında”
qərar qəbul etməsi Azərbaycanda vəziyyəti Sovet orqanlarının
nəzarətindən çıxardı.[20] Ermənistan Ali Sovetinin bu qərarı ilə bağlı
Azərbaycan kompartiyasının birinci katibi Vəzirov Qorbaçova zəng etdikdə
Mixail Sergeyeviç cavab verdi ki, “РѕРЅРё РІ одностороннем РїРѕСЂСЏРґРєРµ
присоединли, РІС‹ РІ одностороннем РїРѕСЂСЏРґРєРµ отсоединяйем”. Vəzirov cavab
verdi ki, “РћРЅРё используют части Советской РђСЂРјРёРё, Михаил Сергеевич, нужно
с этим кончать немедленно! Поверьте, если Азербайджан потеряет Карабах,
РІС‹ потеряете страну! Qorbaçov əsəbləşərək deyir: “РўС‹ меня РЅРµ пугай!
Разошелся! Потеяю страну…Кроме, может быть Сталина, никто из
руководителей РЅРµ получал такой поддержки народа, как СЏ”.[21] 1989-ilin
dekabr ayının 27-də respublikanın cənub rayonlarından birində (Cəlilabad
rayonu) kommunist partiyasının rayon təşkilatının və payon milisinin
binaları dağıdıldı, Sovet orqanlarının fəaliyyəti dayandırıldı. İki gün
sonra rayonda “Xalq hökuməti” adlanıdılan hakimiyyət fəaliyyətə başladı.
Az sonra analoji hadisə Lənkəran və digər qonşu rayonlarda da baş
verdi. Dekabr ayının 31-i axşamı isə Araz çayı boyunca 137 km. Bir
məsafədə SSRİ-nin İranla Azərbaycandan keçən sərhəd qurğuları dağıdıldı.
Arazın hər iki sahilində yaşayan azərbaycanılar çayı keçərək
görüşdülər.

 

Maraqlıdır ki, tam heyətdə xidməti
yerində olan sərhəd qoşunları baş vermiş hadisəyə biganə qaldılar və
Azərbaycan SSR tərəfindən İranla sərhəd xəttinin dağıdılmasına müdaxilə
etmədilər. Yalnız bundan sonra Moskva anladı ki, müttəfiq
respublikalardan birinin SSRİ-dən çıxmaq təhlükəsi yaranıb və baş vermiş
hadisələr özünün dramatik mərhələsinə daxil olub. İndi artıq heç kimdə
şübhə doğurmurdu ki, 1990-cı ilin martında keçirilməsi planlaşdırılan
Azərbaycan SSR Ali Sovetinə seçkilər Xalq Cəbhəsinin qələbəsi ilə
nəticələnəcək.

Yeni il bayramları olmasına
baxmayaraq Sov.İKP MK katibliyi təcili olaraq toplanıb Azərbaycandakı
vəziyyəti müzakirə etdi. Katibliyin qərarında göstərilirdi: “Р’ СЃРІСЏР·Рё СЃ
обострением обстановки в приграничных районах Азербайджанской ССР
считать необходимым направлть для оказания практической помощи
партийным, советским и правоохранительным органам республики т. Гиренко
А.Н. – Секретаря ЦК КПСС, т. Нишанов Р.Н. – председателя Совета
Национальностей Верховного Совета СССР, т.т. Пирожкова В.П. (КГБ СССР),
Лисаускаса С. Г. (МВД СССР), Клейменова А.Н. (Минобороны СССР), Абрамова
Р.Рџ. (Прокуратура РЎРЎРЎР ). РќР° основании анализа обстановки, сложившейся РІ
Азербайджанской ССР, внести, в зависимости от существа дела,
предложения в ЦК КПСС, Президиум Верховного Совета СССР и Совет
Министров РЎРЎРЎР “.[22] 

Bu zaman Moskvadan yeni dönən birinci
katib artıq proseslərə nəzarətlə yanaşı, Kremildən olan dəstəyini də
itirmişdi. “После очередного визита РІ РњРѕСЃРєРІСѓ РѕРЅ вернулся без привычных
цитат из бесед с Горбачевым. Стало ясно: Москва разочаровалось в бывшем
дипломате Рё любимце советского комсомола”.[23]

Sov.İKP MK katibi Andrey Girenko
Bakıya gələn kimi yanvar ayının 6-da respublika partiya təşkilatında
müşavirə keçirdi və Moskvanın mövqeyini açıqladı. O, qeyd etdi ki, “РќРљРђРћ
– тот детонатор, который взорвал национальные чувства в стране.
События, пожалуй, РјРѕРіСѓС‚ потерять управляемый характер”. Müşavirədə çıxış
edən Vəzirov məsələnin belə qoyuluşu ilə razılaşmadı. O, əsas hücumu
Heydər Əliyev tərəfdarlarının üzərinə yönəltdi və dedi: “РќР° наших глазах
идет агония антиперестроечных сил. В этих условиях нельзя следовать
эмоциям. Очень важно- никакой паники, никаких панических
настроений”.[24] Bir sıra MK üzvləri yaranmış vəziyyətlə bağlı Mərkəzin
siyasətini kəskin şəkildə tənqid etdilər. Çıxışlarda qeyd olundu ki,
“Азербайджан – кладовая богатства, единственная бездотационная
республика страны, Р° живет хуже РґСЂСѓРіРёС…”, “Азербайджанский народ
испыеывает чувство национального одиночества”, “Страна РЅРµ знает истины
РѕР± РќРљРђРћ”, “Сломали берлинскую стену – это хорошо, сломали проволочное,
заграждение, разделявшее, как Рё стена, РґРІРµ части РѕРґРЅРѕРіРѕ народа, – это
плохо”, “Республика летит РІ пропасть, Р° руководство играет РІ аппаратные
РёРіСЂС‹” və sair.[25] Azərbaycan KP MK katibi Həsən Həsənov öz çıxışında
dedi ki, “проводимые РїРѕРґ знаменем территориальный целостности забастовки
на предприятиях Монголии мы называем справедливым делом. Аналогичные
забастовки на предприятиях Азербайджана – действиями антиперестроечных
СЃРёР»”. O, respublika yüksək rəhbərliyini və Moskvanı kəskin şəkildə
tənqid edərək bildirdi ki, Azərbaycan KP MK, Ali Sovet və Nazirlər
Soveti öz işini köklü şəkildə dəyişməli, ictimai rəyi nəzərə almalı,
demokratik dəyişiklikləri gücləndirməli, suverenlik haqqında qanunu işçi
sənədə çevirməli, Azərbaycana münasibətdə Sov.İKP MK, ittifaq mətbuatı
və ittifaq ictimai rəyi köklü şəkildə dəyişməli, respublikanın
sosial-iqtisadi ehtiyaclarına Moskvanın diqqəti artırılmalı,
Ermənistandan qovulmuş 160 min qaçqının və Özbəkistandan gəlmiş 30 min
mesxeti türk qaçqınların iqtisadi-maliyyə təmiantı üçün İttifaq
orqanları qərar qəbul etməli, Xüsusi İdarəçilik Komitəsi dövründə
buraxılmış səhvləri düzəltmək üçün İttifaq orqanları addımlar atmalı,
“необходимо полностью депортировать РёС… РќРљРђРћ незаконно проживающих там
вооруженных экстримистов, называемых РІ народе “бородачими” Рё являющихся
главными зачинщиками продолжающейся наприженности”, Ermənistanın
Azərbaycana qarşı ərazi iddiaları Sov.İKP MK və SSRİ Ali Sovetinin birgə
qərarı ilə birmənalı formada pislənməli və “Рѕ принятии
бескомпромиссного целеустремленного союзного договора неоспромимости
принадлежности РќРљРђРћ Азербайджана”. Həsənov Moskva nümayəndələrinin
iştirakı ilə keçirilən müşavirədə tələb edirdi ki, Ermənistan Ali
SovetininРќРљРђРћ –nun Ermənistana anneksiya edilməsi ilə bağlı 1 dekabr
1989-cu il qərarı ləğv edilməli və günahkarlar cəzalandırılmalı, “РІ том
числе Рё руководящих работников невзирая РЅР° лица”.[26] MK Katibi Həsən
Həsənovun respublika partiya təşkilatının müşavirəsində səsləndirdiyi bu
fikirlər həmin günlərdə Xalq Cəbhəsinin Bakı meydanlarında
səsləndirdiyi tələblərlə tam səsləşirdi.

Həmin günlərdə Azərbaycan KGB-si
vəziyyəti analiz edərək “Рћ возможном развитии событий” adlı zapiska
hazırlamışdı və sənəd SSRİ KGB-nə də göndərilmişdi. KGB-nin sədri Vaqif
Hüseynov bu barədə müşavirədə məlumat verdi və qeyd etdi ki, “ЦК РљРџРЎРЎ
действует так, словно поставило перед собой цель дискредитировать
Везирова Рё окончательно угробить компартия Азербайджана”. [27] Mərkəzi
Komitədəki müşavirə ilə eyni vaxtda, yanvar ayının 6-da Azərbaycan SSR
Elmlər Akademiyasının binasında Xalq Cəbhəsinin qurultay səlahiyyətli
III konfransı işə başlamışdı. İki günlük müzakirələrdə respublikada və
onun ətrafında yaranmış vəziyyət ətraflı şəkildə dəyərləndirildi.
Əbülfəz Elçibəy başda olmaqla əsasən hərəkat daxilindəki liberal
düşərgəni təmsil edən 14 nəfərdən ibarət yeni idarə heyəti seçildi.[28]
Lakin hərəkat daxilində olan radikal xəttin tərəfdarları bununla
razılaşmadı və yanvarın 13-də keçirilən mitinqdə Milli Müdafiə Şurasının
yaradıldığı haqqında məlumat elan edildi. Şuranın sədri Əbülfəz Elçibəy
olsa da qalan 4 üzvü (Р­.Мамедов, Рќ.Панахов, X.Бахадур, Р .Казиев)
bilavasitə radikallardan ibarət idi. “Это означало, РїРѕ существу,
провозглашение параллельной структуру власти. Она брала на себя
осуществление контроля за обстановкой на местах, оказанием вооруженного
сопротивление армянской агрессии”.[29] Mitinqin gedişində Bakıda erməni
talanlarının başlandığı və hakimiyyət orqanlarının, xüsusilə milis
orqanlarının hadisələrə müdaxilə etmədikləri barədə məlumatlar gəlməyə
başladı. Talanlar başlandıqdan sonra SSRİ Daxili işlər nazirinin Bakıda
olan müavini Liskauskas, Daxili qoşunların Bakıda yerləşdirilmiş 12 min
şəxsi heyətindən talançılara qarşı istifadə edilməsinə icazə vermədi və
ona qarşı deyilən tənqidlərə çox qısa olaraq belə cavab verdi: “Решайте
вопрос с Москвой. Для наведение порядка мне нужна приказ и
дополнительные силы”.[30] Yanvarın 13-dən 14-nə keçən gecə baş vermiş
hadisələr zamanı erməni millətindən olan 32 nəfər qətlə yetirilmişdi.
Hakimiyyət orqanlarının, xüsusilə, daxili qoşunların Bakıda olan
hissələrinin qətllərin qabağını almağa heç bir cəhd göstərməməsi
Moskvanın hansısa niyyətindən xəbər verirdi. Xalq Cəbhəsinin rəsmi
orqanı olan “Azadlıq” qəzeti hələ 1989-cu ilin dekabr ayının 30-da çıxan
sayında əhalini xəbərdar edirdi ki, milli zəmində hər hansı zorakılıq
aktlarının baş verməsi yaxın dövrdə keçirilməsi gözlənilən Ali Sovetə
seçkilər ərəfəsində Bakıda fövqəladə vəziyyət rejiminin və komendant
saatının tətbiqi üçün hakimiyyət orqanlarına bəhanə verə bilər.[31]
Yalnız Xalq Cəbhəsi fəallarının səyi nəticəsində həmin dəhşətli günlərdə
yüzlərlə erməninin həyatını xilas etmək və qırğını dayandırmaq mümkün
oldu. Yanvarın 15-də AXC idarə heyəti xüsusi bəyanatla çıxış edib
bildirdi ki, “13.01.1990-cı il axşam və 14.01.1990-cı ilə keçən gecə
Bakı şəhərinin ayrı-ayrı yerlərində şəhərin erməni əhalisinə qarşı zor
işlədilməsi halları olmuşdur. Növbəti gün ərzində də kiçik miqyaslı
cinayətlər olmuşdur. Rəsmi məlumatlara görə, iki gün ərzində 32 erməni
öldürülmüşdür. Azərbaycanlılar arasında da qurbanlar var. AXC
idarə heyəti baş vermiş cinayətləri nifrətlə pisləyir…Faktların ilkin
araşdırması göstərir ki, cinayətlər hadisə yerindən dərhal yoxa çıxan
xüsusi adamlar tərəfindən törədilmişdir. Bu, həmin adamların qabaqcadan
hazırlandığını göstərir. Bəs onların arxasında hansı qüvvələr dayanır,
təşkilatçı kimdir?”[32] Bu sual axıra qədər müəmmalı olaraq qaldı. Amma
hadisələrin Bakıda fövqəladə əziyyət elan etmək istəyən qüvvələrin gizli
əli ilə təşkil olunduğu bir fakt idi. Yanvarın 13-də Bakıda talanlar
başlayandan sonra Moskvadan şifroqram gəldi ki, yanvar ayının 14-də
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq
Sovetinin sədri Yevgeni Maksimoviç Primakov partiya və hərbi ekspert
qrupu ilə birlikdə Bakıya gəlir. Yanvarın 14-də bazar günü Primakovun və
digər Moskva nümayəndələrinin iştirakı ilə respublika rəhbərliyinin
toplantısı keçirildi. Vəzirov vəziyyət haqqında məlumat verdi. Primakov
şəhərdəki erməni talanları ilə maraqlandıqda “Azərinform”un sədr müavinə
S.Perets öldürülən ermənilərin sayı barədə məlumat verib əlavə etdi ki,
“еще скажите спасибо Народному Фронту, что, сохраняя лицо своего
народа, организовал эвакуацию армян на паром. Вместо вас, между прочим… А
то считали Р±С‹ убитых РЅРµ десятками, Р° сотнями”.[33] Bu sözləri eşidəndə
Primakov əsəbi formada dedi ki, “прекратите!” və əlavə etdi ki, “Сѓ нас
сложилось впечатление, что республика вышли из-под контроля партийных
органов. Блокированы воинские части, по городу идут погромы армян…
Политбюро серьезно встревожено положением в Баку. Если упустить
ситуацию, она больно ударит по республике. Рне только – по всей стране.
Я предлагаю создать оперативный штаб, принять какие-то срочные
меры”.[34] Moskvadan Bakıya ezam olunmuş Primakov, Girenko və digərləri,
habelə Azərbaycan KP MK-nın birinci katibi Vəzirov belə qərara gəldilər
ki, “предстоящая акция будет носить РЅРµ погромный, антиармянский, Р° РІ
первую очередь антиправительственный характер”.[35] Qəribə də olsa
“оперативный штаб”ın birinci işi Primakov başda olmaqla müxalifət
liderləri ilə görüşmək və habelə, idarə və müəssisələrdə görüşlər
keçirib könüllü dəstələr yaratmağa cəhd göstərməkdən ibarət oldu. Yanvar
ayının 15-də respublika televiziyası axşam birinci katib Ə.Vəzirovon
Bakı soyuducular zavodunda fəhlələrlə görüşünü verdi. Burada o, əli
silah tutan bütün gəncləri könüllü dəstələrə yazılmağa çağırır və onlara
silah da veriləcəyini bildirirdi. Məhz, partiya komitələri könüllülərin
siyahısını tuturdu, açıq-aydın görünürdü ki, böyük bir təxribat
hazırlanır.[36] Partiya orqanlarının şübhəli şəkildə “cəsarətə gəlməsi”
ilk növbədə xalq hərəkatının liderlərini qeyri-qanuni hərəkətlərə sövq
etmək, sonra da hərəkata zərbə endirmək idi. Toplantını yekunlaşdıran
Primakov respublika rəhbərliyinə belə bir təklif verdi ki, Siz
cəbhəçilərlə ümumi dil tapmalısınız, “Сѓ нас РІ Политбюро тоже РЅРµ РІСЃРµ
просто. Есть и упертые, но Михаил Сергеевич находит все же со всеми
общий язык. Время лобовых атак давно ушло в историю. Сейчас – время
РєРѕРјРїСЂРѕРјРёСЃСЃРѕРІ”.[37] Həmin günlərdə (14-16 yanvar) Xalq Cəbhəsi rəhbərliyi
ilə Primakov 4 görüş keçirdi. Əsas müzakirə mövzusu hərbi obyektlərin
və hərbi hissələrin, yolların blokadasının götürməsindən ibarət idi. O,
Bakı qırğınından sonra keçirilən ilk plenumda qeyd edirdi ki, “можна
сказать, что мы их буквально умоляли, говорили, что с армией нельзя
шутить. РђСЂРјРёСЏ РІСЃРµ равно прорвет блокаду”.[38] MK-dakı toplantıdan bir
gün sonra Bakı şəhər partiya komitəsinin fövqəladə plenumu keçirildi və
orada da Xalq Cəbhəsi nümayəndələri ilə danışıqların nəticələri müzakirə
edildi. Bütün danışıqlarda cəbhəçilərin bilavasitə iki tələbi var idi:
“решение Карабахского РІРѕРїСЂРѕСЃР°, отставка Везирова”.[39] Cəbhəçilərin bu
tələbinə qarşı Girenko açıq şəkildə bildirmişdi ki, respublika
rəhbərliyini Sov.İKP MK deyil, kütlənin dəyişməsi yolverilməzdir. [40]
Xalq Cəbhəsi nümayəndələri ilə görüşdə Primakov hərəkatın lideri Əbülfəz
Elçibəyə belə bir sual verdi: “Sizin məqsədiniz nədir?” Elçibəy cavab
verdi ki, “demokratik seçkilərdə qələbə çalmaq”. Onda Primakov dedi ki,
“bundan sonra Sovet İttifaqından ayrılmağa bir pillə qalır”.[41] “Bakıda
vəziyyətə dair” Azərinformun yanvarın 15-də yaydığı məlumatda
göstərilirdi ki, “E.M.Primakov və A.N.Girenko Azərbaycan Xalq Cəbhəsinin
nümayəndələri ilə görüşmüşlər. Uzun sürən söhbətlər zamanı diqqət buna
cəlb edilmişdir ki, vəziyyəti normal hala salmaq, qanunçuluğu və hüquq
qaydasını təmin etmək üçün bütün tədbirlər görülməlidir. Qeyd edilmişdir
ki, SSRİ-də demokratikləşmə ilə mövcud qanunların pozulması arasında
heç bir əlaqə yoxdur, əksinə, demoratikləşmə qanunlara ciddi əməl
edilməsini nəzərdə tutur”. [42] Xalq Cəbhəsi ilə razılığa gəlmək mümkün
olmadıqda, Primakov Şeyxülislam Allahşükür Paşazadəyə təklif etdi ki,
“respublikaya başçılıq etməyi” öz üzərinə götürsün.[43] Görünür bu
təklif Azərbaycanda baş verənləri islam fundamentalizmi ilə
əlaqələndirmək zərurətindən irəli gəlirdi.

Dağlıq Qarabağda hadisələrin silahlı
müstəviyə keçdiyi və respublikada gərginliyin günbəgün artdığı bir
məqamda nəhayət ki, 1990-cı ilin yanvar ayının 15-də Moskvanın çoxdan
planlaşdırdığı qərar verildi. SSRİ Ali Sovetinin “Dağlıq Qarabağ Muxtar
Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi
haqqında” fərmanında Azərbaycan Ali Soveti Rəyasət Heyətinə tövsiyə
edilirdi ki, Gəncə və Bakı şəhərlərində komendant saatı tətbiq etsin.
Fərmanın 7-ci bəndində deyilirdi: “Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinə təklif edilsin ki, əhalinin, müəssisələrin və təşkilatların
təhlükəsizliyini təmin etmək üçün qüvvədə olan qanunvericiliyin…
tələblərini pozmaqda müqəssir şəxsləri məsuliyyətə cəlb etmək üçün Bakı,
Gəncə və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də
daxil olmaqla hər cür lazımi tədbirlər görsün”. [44] Bu fərmanla yanaşı
M.Qorbaçov artıq Azərbaycan rəhbərliyinə namizəd axtarırdı. Yanvar
ayının 16-da o, Azərbaycan SSR Nazirlər Soveti yanında KGB-nin sədri
Vaqif Hüseynova zəng edərək respublika partiya təşkilatına rəhbərlik
etməyi ona təklif edir. Onun ardınca SSRİ KGB-nin sədri V.Kryuçkov
Hüseynova zəng edib vəziyyət haqqında məluat alır. V.Hüseynov deyir:
“Владимир Александрович, что РїСЂРѕРёСЃС…РѕРґРёС‚? Тысячи людей выбрасывают РёР·
Армении в Азербайджан. Теперь в Баку убивают людей, параллельно –
многочасовые совещания, доклады в Москву. А там – многозначительное
ожидание. Никто ничего РЅРµ хочет делать. Что стоит Р·Р° этим”. Крючков
cavabında deyir ki, “РІС‹ же знаете, решение Сѓ нас принимается, Рє
сожалению, поздно или вообще не принимаются. В Баку направлен Примаков. У
него широкие полномочия. Постоянный контакт СЃ Горбачевым. Рнформируйте
Примакова РїРѕ ситуации”. Sonra o, Qorbaçovla söhbətinə toxunaraq əlavə
etdi ki, “готовьтесь Рє РЅРѕРІРѕР№ большой работе”.[45] Bu zaman artıq birinci
katib Vəzirov öz istefasını Qorbaçovla razılaşdırmışdı. Yanvarın 18-dən
etibarən onun kabinetində və onun stolunda Primakov oturur,
respublikadakı proseslərə biləvasitə o, rəhbərlik edirdi. Həmin vaxt
fasiləsiz mitinqlər artıq respublika kompartiyasının qarşısında gedirdi
və MK-nın binası hər tərəfdən mitinqçilər tərəfindən mühasirəyə
alınmışdı. Yanvarın 18-də Moskva nümayəndələri başda olmaqla MK
binasında olan rəhbərlik mitinqə gəldi və Primakov mitinqçilər
qarşısında çıxış edib bəyan etdi ki, Bakı şəhərində fövqəladə vəziyyət
tətbiq edilməyəcək və şəhər ətrafında toplanmış ordu Bakıya
yeridilməyəcək. Eyni sözü həmin gün Sov.İKP MK milli münasibətlər şöbəsi
müdirinin müavini V.Mixaylov respublika televiziyası ilə çıxışında
təkrar etdi. Bu zaman artıq Zaqafqaziya, Moskva, Leninqrad və digər
hərbi dairələrdən gətirilmiş 50 minlik ordu hissələri şəhəri işğal etmək
üçün hərbi hazırlıq işlərini başa çatdırmışdı. Demək olar ki, bütün
qoşun növlərindən ibarət olan hərbi hissələr, o cümlədən KGB-nin 7-ci
idarəsinin “Alfa” qrupu müxtəlif istiqamətlərdən Bakıya doğru hərəkət
etməyə start vəziyyətdə idi.[46] Yanvarın 19-da səhər kompartiyanın
birinci katibi Vəzirov MK binasına gələndə mitinqçilər hər tərəfdən
binaya yolu bağlamışdılar. O, MK binasına buraxılmayanda respublika
KGB-nin binasına yollandı. Son günlər həmin binada sahiblik edən SSRİ
КГБ-nin birinci müavini Ге́ний Аге́ев məlumat verdi ki, səhər saat 8-də
SSRİ Müdafiə naziri Dmitri Yazov və SSRİ Daxili işlər naziri Вади́м
Бака́тин Bakı yaxınlığındakı Qala hərbi aerodramuna gəlmişlər. Oradan
4-cü ordunun qərargahına gələn nazirlər operativ müşavirə keçirdilər.
Şəhərdəki vəziyyət haqqında məlumatı onlara artıq çoxdan Bakıda olan
müavinləri, hərbi kəşfiyyat və əks kəşfiyyatın rəhbərləri məruzə
etdilər. Burada Yazov elan etdi ki, РІ ближайшие 2-3 РґРЅСЏ выйдет указ Рѕ
введении чрезвычайного положения. Добавил, что надо как можна быстрее
изолиривать лидеров НФА.[47]

Yanvar ayının 19-da Naxçıvan Muxtar
Sovet Sosialist Respublikası Ali Sovetinin fövqəlada sessiyası
Ermənistan SSR tərəfindən edilən hərbi təcavüz nəticəsində muxtar
respublikanın ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında
qaldığından, 1921-ci ilin oktyabr ayında RSFSR-in iştirakı ilə Türkiyə,
Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış Qars
müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan MSSR-in
SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etdi.[48]
Yanvarın 19-da M.Qorbaçov “Barvixa” sanatoriyasında dincələn Heydər
Əliyevə zəng edib onu hədələdi ki, “РІ Азербайджане творятся беспорядки Рё
что РІРёРЅРѕРІРЅРёРєРѕРј этих беспорядков являюсь” РѕРЅ. Qorbaçov xəbərdarlıq etdi
ki, respublikada faktiki olaraq Sovet hakimiyyəti devrilib və bunun
günahkarı da Heydər Əliyevdir və o, təcili olaraq hadisələrə təsir etmək
barədə tədbirlər görməlidir.[49]

Yanvarın 19-da günorta Moskvadan
gələn güc nazirləri 4-cü ordunun qəragahında son əməliyyat müşavirəsi
keçirdilər. Bu zaman artıq kompartiyanın birinci katbi Vəzirov da
KGB-dən ora gətirlilmişdi. Primakov və geniralitetlə qısa müşavirdən
sonra Yazov Vəzirovu yanına çağıraraq dedi ki, РѕРЅ выполняет поручение
Политбюро, который считает обстановку в Азербайджане чрезвычайно
сложной, Рё вручил ему запечатанный пакет. Orada qısaca olaraq məlumat
verilirdi ki, “РѕРЅ отзывается РІ распоряжение Политбюро ЦК РљРџРЎРЎ”.[50] Ən
elementar partiya nizamnaməsinə əməl etmədən, formal da olsa respublika
partiya təşkilatının qərarı olmadan Azərbaycan partiya təşkilatının
birinci katibi “demokratik islahatlar” adı ilə tarix səhnəsinə çıxmış
Mixail Qorbaçov tərəfindən geri, Siyasi Büronun sərəncamına çağrılırdı.
Həmin axşamı 4-cü ordunun qərargahında gecələyən Vəzirov yanvarın 20-si
səhər tezdən Binə aerodromundan hərbi təyyarə ilə Moskvaya göndərildi.

Azərbaycan KP MK bürosunun üzvləri
yanvarın 19-da Yazovla görüşüb Bakıya hücum əməliyyatını sabaha qədər
təxirə salmağı xahiş etsələr də Yazov dedi ki, “РјС‹ вам дали достаточно
времени”. [51]

Respublika rəhbərliyi SSRİ Nazirlər
Sovetinin sədri Nikolay Rıjkovla əlaqəyə girib dedilər: “РјС‹ вас умоляем,
просим приказать Язову остановить до утра мероприятия. Утром соберем
Бюро Рё решим РІСЃРµ РІРѕРїСЂРѕСЃС‹”. Onlar Rıjkova xəbərdarlıq etdilər ki,
respublikada çoxlu rus əhalisi yaşayır və “РІС‹ ставите РёС… РІ тяжелое
положение. Ввод войск может вызвать к ним ненависть. Не надо этого
делать. Дайте нам возможность РґРѕ утра решить эту проблему”.[52] Lakin
Moskvanı öz qərarından döndərmək mümkün olmadı. SSRİ DTK-nın “Alfa”
qrupunun yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji
blokunu partlatması ilə Bakının işğalı əməliyyatı başladı, respublikada
televiziya verilişləri dayandırıldı. Mətbuat susduruldu. Azərbaycan
dünyadan təcrid edildi.

1990-cı il yanvarın 19-da Mixail
Qorbaçov Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat
00-dan etibarən “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi
haqqında” fərman imzaladı.[53] Respublika televiziyasının enerji bloku
partladıldığından nə televiziya, nə də radio vasitəsi ilə fövqəladə
vəziyyət haqqında fərman əhaliyə çatdırılmadı. Bununla da yanvarın
19-dan 20-nə keçən gecə ordu hissələri qabaqcadan xəbərdar edilmədən
Bakı üzərinə hücuma keçdi. Bu əməliyyatda iştirak etmiş “əfsanəvi”
general A. Lebed ordunun şəhərə doğru hərəkətini belə təsvir edirdi:
“Самолет, РІ котором СЏ летал, приземлился РІ густых сумерках РЅР° аеродроме
Кала, сто в 30 километрах от Баку. Кругом ненавязчиво постреливали.
Встретили меня начальник штаба дивизии полковник Н. Н. Нисифоров и
командир Рязанского полка полковник Ю. А. Наумов… Начальник штаба
доложил обстановки: Рязанцы и костромичи выгрузились, построились в
колонны. Высылали разведку и выставили охранение. К действиям
готовы!..Задача, – начальник штаба хмыкнул РІ темноте, –

Short URL: http://www.cumhuriyyet.net/?p=15486

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728