Hərbi vəziyyətin mühüm tələbi – S.U.S. – VİDEOÇARX

25.09.2020 - 15:24

İkinci Qarabağ savaşının astanasında olduğumuz bir vaxtda düşmənə sirr verməmək, törədiləcək təxribatlardan ziyan görməmək üçün hər hansı sirr daşıya biləcək adamların ağzıbütöv olması vacibdir. Adicə dost-tanışa ya üz-üzə söhbətdə, ya da telefonla “bu gecə bizim rayondan çoxlu hərbi texnika keçdi” demək, artıq hərbi sirrin pozulmasıdır. Bu kimi informasiyaları sosial şəbəkələrdə, internet resurslarında yaymaq isə adamın özünün də xəbəri olmadan düşmənə casusluq etməsi kimi bir şeydir. 

Müasir xəbərləşmə cihazları hərbi əks-kəşfiyyat sahəsinin işini xeyli ağırlaşdırıb, düşmənin sirrini öyrənməyə çalışan kəşfiyyatın işini isə asanlaşdırıb. Artıq hər kəsin əlindəki cihazlar hərbi ratsiya rolunu oynayır. Düşmən adi bir şəkildən, videodan, hər hansı 2 cümləlik mesajdan uzaq gedən nəticələr çıxara, bir çox şeyləri dəqiqliyi ilə öyrənə bilir.

Ona görə də hərbi eskalasiyanın artdığı bir zamanda sirrlərin qorunmasının vacibliyini düşünənlər SUS adlı videoçarx hazırlayıblar. İnsanlara tövsiyə olunur ki, həm elektron cihazlarını ağıl-kamallı şəkidə istifadə eləsinlər, sirr sayıla biləcək şeylər barədə danışmasınlar.

Olduqca qısa metrajlı çarxın şüarı belədir:  “Sirri paylaşma, Unutma ki, Söz Silahındır”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154876

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031