Bolge TV-nin rəhbəri DYP-dən Ramil Usubova müraciət etdi
İnspektor jurnalist ilə çox kobud davranmış və xidməti vəzifədə olan məmura yaraşmyan qeyri-etik ifadələr işlətmişdir
BTV.AZ-ın(Bolge TV )rəhbəri Vasif Turanın Bolgexeber.com-a
bildirdiyinə görə dünən saat 16:40 radələrində 20 Yanvar dairəsinin
yaxınlığında “Mitsubishi” markalı 99-HR-044 dövlət nömrə nişanlı
avtomobil ilə hərəkət edərkən Bakı DYP-nin əməkdaşlarının qanunsuzluğu
ilə üzləşib.Belə ki, BTV.AZ-ın rəhbərinin dediyinə görə döş
nişan nömrəsi 0628 olan Pərviz adlı inspektor onun idarə etdiyi maşını
saxladıqda o sakitcə, qanunuyğun şəkildə sənədlərini təqdim edib və
kəmər bağlamadığına görə ona cərimə yazılmasına heç bir etiraz etməyib.
Lakin bunun əvəzində inspektor jurnalist ilə çox kobud davranmış və
xidməti vəzifədə olan məmura yaraşmyan qeyri-etik ifadələr işlətmişdir.
Vasif Turan Pərviz adlı inspektora “əgər qaydaları pozmuşamsa buna
müvafiq protokol yazın mən gedim” desə də inspektor Bolge TV-nin
rəhbərini əmrə tabe olmamaqda-maşını guya saxlanıldığı yerdən 30-40 metr
məsafədə aralı sürəndən sonra saxlamaqda ittiham etmiş və üstəlik
bildirmişdir ki, avtomobilin axtarışda olub-olmadığını yoxlaycaq.
Avtomobildə olan BTV.AZ-ın əməkdaşı mobil terefonla danışdığı
zaman isə yol polisi telefonla özünün çəkilməsini düşünərək bütün
əndazəni və qanunları aşaraq kobud şəkildə maşının sürücü oturan
hissəsindən zorla salona daxil olmuş və Bolge TV-nin əməkdaşının
əlindən telefonu kobud surətdə almışdır. Onun bu qanunsuz hərəkətinə
“siz nə haqla ,hansı qanunla və ixtiyarla başqasının maşınına icazəsiz
daxil olub zorla başqasının mobil telefonunu alırsınız?!” deyə etiraz
edəndə inspektor arxayıncasına”Əcəb edirəm”deyib. Ən dəhşətlisi isə odur
ki, bütün bunlar yaxınlıqda keçirilən reyddə iştirak edən Bakı şəhər
Dövlət Yol polisi idarəsinin şöbə rəisi Vaqif Əsədovun düz gözü
qabağında baş vermişdir. Lakin buna baxmayaraq məsələyə heç bir reaksiya
verilməmişdir. Məsələ ilə bağlı BTV.AZ-ın rəhbəri Vasif Turan
artıq Daxili işlər naziri Ramil Usubova müraciət etmişdir. Maraqlıdır
ki, jurnalistlətə qarşı kobudluq edən və onları qanunları pozmaqda
ittiham edən Pərviz adlı inpektor ərazidən keçən və yol-hərəkəti
qaydalarını pozan çoxlu sayda avtomobilə heç bir reaksiya verməyib. Bu
da onu deməyə əsas verir ki, həmin inpektor üçün qanunların aliliyi
heç də əsas deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=15491