ASALA-dan qisas qərarı: rus zabitlərinin başına qiymət qoyuldu

19.01.2015 - 16:34

Gümrüdəki Rusiyaya məxsus hərbi bazada yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilir. Rusiyadakı etibarlı mənbələrdən daxil olan
məlumata görə, dünən Moskva vilayətinin Jukovski hərbi hava
aerodromundan Gümrüyə iki “Ruslan” tipli ağır hərbi-nəqliyyat təyyarəsi
göndərilib.

Təyyarənin göyərtəsində yeni elektron naqviqasiya və mobil
sistemləri, həmçinin Rusiya Baş Kəşfiyyat İdarəsinin əlavə xüsusi
təyinatlı rotası Gümrüyə göndərilib. Mənbə bildirir ki, ASALA terror
təşkilatının “qisas əməliyyatı” haqqında Rusiya xüsusi xidmət
orqanlarına kəşfiyyat məlumatı daxil olduqdan sonra Moskva hərbi bazanın
təhlükəsizliyini gücləndirmək qərarına gəlib. Mənbə məlumat verir ki,
ASALA teror təşkilatı rus zabit və əsgərlərinin başına mükafat təyin
edib. Məlumatın detalları haqda hələ məlumat verilmir.

Xatırladırıq ki, Vitali Permyakov adlı rus hərbçisinin Gümrü
şəhərində bir ailəni qətlə yetirməsindən sonra Ermənistanda vəziyyət
gərginləşib. Daşnakstyunun və ASALA-nın tərəfdarlarının Gümrüdəki bazaya
və bu şəhərdəki Rusiya konsulluğuna hücumunun qarşısı polis tərəfindən
alınsa da, şəhərdə vəziyyət gərgin olaraq qalır. Şəhərdəki Daşnakstyun
partiyasının yerli qərargahında İrəvandan və xaricdən onlarla gənc
erməni toplaşıb.

Mənbə bildirir ki, Gümrüdəki vəziyyətin gərginləşməsi və
nəzarətdən çıxması ehtimalı yüksək olduğundan Serj Sarkisyan
gücsüzlüyünü Rusiya prezidenti Vladimir Putinə rəsmən etiraf edərək
ondan kömək istəyib. Hazırda Gümrüdə qulluq edən rus əsgər və
zabitlərinə silahsız bazanın ərazisini tərk etməmək göstərişi verilib.
Şəhərə İrəvandan da əlavə polis qüvvələri gətirildiyi bildirilir. (olke.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=15492

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728