Nazirin, icra başçısının və deputatın qızıl biznesi

19.01.2015 - 20:56

Qızıl bazarındakı bahalaşma Azərbaycanda kimlərin üzünü güldürəcək?

Dünya
bazarlarında xam neftin ucuzlaşması sərmayəni qorumaq üçün alternativ
yolların aranmasını aktivləşdirib. “Pulun batmaması üçün” vasitələrdən
biri də həmişə olduğu kimi, qızıldır. Azərbaycanda qızılın bahalaşdığı müşahidə olunur. Proses spontandır və idarəolunmaz təsir bağışlayır.
Bu
mövzuda danışan tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu dünənki
açıqlamasında bu cür artımın gözlənilən olduğunu deyib. “Azərbaycanda bu
prosesin, qiymət dəyişikliklərinin səbəbini dəqiqliklə deməyə çətinlik
çəkirəm. Fəqət dünya bazarlarında belə dəyişikliklər olur. Rusiya,
Ukrayna və Gürcüstan kimi qonşu ölkələrdə milli valyutalar
ucuzlaşdığından yaşananların Azərbaycanın daxili bazarına təsiri istisna
olunmur. Məlumdur ki, vətəndaşlarımız banklara tam etibar
etmədiklərindən pullarını hesablarda saxlamağa üstünlük vermirlər.
Valyutalar ucuzlaşdığından insanlar bank hesablarına pul yatırmaqdansa
əllərində olan vəsaiti qızıla və digər “etibarlı” nəsnələrə yatırırlar”,
– iqtisadçı ekspert bildirib.
Tanınmış, təcrübəli zərgər Dəyanət
Zərbəliyev isə tam əksinə, qızılın bahalaşmadığını, iddiaların əslində
şayiələr olduğunu söyləyib: “Qızılın qiyməti həftə ərzində tez-tez
dəyişir, bu dəyişiklik isə cüzidir. 20%-30% dəyişiklik, demək olar, bu
günəcən olmayıb. Dəyişəndə ən çoxu 1 dollar və yaxud da 1,5 dollar
arasında olur, o da qızıl işi ilə məşğul olan şəxslər arasında. Ancaq
alıcılar üçün bu dəyişiklik ciddi, nəzərəçarpacaq səviyyədə deyil”.
Dünən
günün ikinci yarısında Türkiyə daxil olmaqla, dünya bazarlarında da
qızılın bahalaşdığı görülürdü. Prosesin Azərbaycanda müşahidə ediləcəyi
artıq çoxlarında şübhə doğurmur. Hətta artıq açıq şəkildə
ifnformasiyalar yayılmağa başlayıb ki, Azərbaycanda qızıl məmulatları
bahalaşıb. Paytaxtın böyük ticarət mərkəzlərində satılan qızılın
qiymətində xeyli artım müşahidə edilir. Artım təxminən 23-30 faiz təşkil
edir. Satıcılar qiymətin artmasına səbəb kimi, Vergi Məcəlləsində
edilmiş son dəyişiklikləri əsas gətirirlər.
Qeyd edək ki,
iqtisadçılar da qızılın bahalaşmasını qaçılmaz hesab edir. Buna əsas
səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan
anoloji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı bu ilin yanvarın
1-dən aksiz vergisi dərəcəsinin artırılmasıdır.
Qızıl və qızıl
məmulatlarının qiymətindəki bahalaşma isə heç şübhəsiz, ilk növbədə
Azərbaycanın “qızıl biznesi”ndə əsas pay sahibi olan məmurların üzünü
güldürəcək, onların gəlirlərini artıracaq.
Məsələ burasındadır ki,
ölkədəki “qızıl biznesi”ndə müəyyən məmurların da payının olması sirr
deyil. İndiyədək KİV-in dəfələrlə yazmasına rəğmən nə təsdiq nə də
təkzib edilməyən məlumatlardan belə görünür ki, Azərbaycanın qızıl
bazarında xüsusi çəkisi olan məmurlardan biri Xətai rayon icra
hakimiyyətinin başçısı Razim Məmmədovdur. İddia edilir ki, onun yaxın
adamları Azərbaycana Rusiya və Dubaydan qızıl gətirirlər. Paytaxtın
qızıl satışı həyata keçirilən ticarət mərkəzlərində icra hakiminin qızıl
“polka”ları var.
Azərbaycanın qızıl bazarında adı keçən bir başqa məmur isə Mərkəzi Univermağın direktoru, millət vəkili Ərəstun Cavadovdur.
Gənclər
və idman naziri Azad Rəhimovun biznes imperiyasına daxil olan mağazalar
arasında bahalı zinət əşyalarının, o cümlədən qızıldan hazırlanan
əşyaların satışı ilə məşğul olan dükanların olduğu iddia edilir.
Ümumiyyətlə, öz mağazalarında dünyanın ən məşhur brendlərinin – “Carrera
y Carrera”, “Pasquale Bruni”, “Leo Pizzo”, “Antonini” və s.-lərin
məhsullarının satışını təşkil edən Rəhimovun qızıldan hazırlanan
məhsulların satışında da keyfiyyətə xüsusi üstünlük verir.
Qeyd edək
ki, Azərbaycana gətirilən, istər keyfiyyət və istərsə də qiymət sarıdan
dünyada xüsusi yeri olan İtaliya qızıllarının satışında əsas pay sahibi
kimi məhz gənclər və idman nazirinin adı çəkilir.
Onu da deyək ki,
vaxtilə Azərbaycanda qızıl biznesinin ən çəkili məmurlarından biri sabiq
iqtisadi inkişaf naziri Fərhad Əliyev olub. Sabiq nazirin Bakıda
qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazalar şəbəkəsinə
qeyri-rəsmi nəzarət etdiyi deyilirdi. Onun vəzifəsindən azad edilərək
həbsə atılmasından sonra həmin mağazalar şəbəkəsinin də əl
dəyişdirdiyinə dair iddialar mövcuddur.
Bir sözlə, neftin
ucuzlaşması, regional və qlobal iqtisadi proseslərdəki təlatümlər
ölkənin bəzi oliqarxlarının biznesinə ciddi problemlər yaratdığı halda
qarşıdakı periodda yuxarıda adını çəkdiyimiz və Azərbaycanın “qızıl
bazarının” əsas oyunçuları sayılan məmurların üzü güləcək. Çünki
proseslər onların ticarəti ilə məşğul olduqları qiymətli daş-qaşın
dəyərinin çox yüksələcəyindən xəbər verməkdədir.(unikal.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=15499

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930