Cahangir Əsgərov 500 min dollarlıq qalmaqala görə “divan” qurdu

19.01.2015 - 21:07
“AZAL” prezidenti fövqəladə iclasda kimlərə və niyə qəzəbləndi?


Azərbaycanın
Ağır Atletika Federasiyasındakı problemlər danılmazdır. Federasiya
dopinq cəzasını (500 min dollar) ödəyib canını qurtarsa da, millidə
idmançı qıtlığı, uğursuzluq baş alıb gedir. Xatırladaq ki, Ağır
Atletika Federasiyasına sponsorluğu və rəhbərliyi “Azərbaycan Hava
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov
həyata keçirir.
Ökənin ağır atletika üzrə yığma komandasının son
yarışda da ümidləri puça çıxartması Əsgərovu qəzəbləndirib. Yarış öncəsi
qurum ağır atletlərin axtarışına başlamışdı, amma istəyinə nail ola
bilməmişdi. Belə ki, dünya çempionatına 3 yeniyetmə idmançı ilə
qatılaraq fiaskoya uğramışdı. Bu vəziyyət federasiya rəhbərliyinin
qəzəbinə səbəb olub.
Dünən yayılan məlumatlara görə, Ağır Atletika
Federasiyasının prezidenti Cahangir Əsgərov nəhayət, bütün bu baş
verənlərlə bağlı fövqəladə iclas keçirməyə qərar verib. Qurumun
prezidenti uğursuzluğa görə federasiyanın bütün üzvlərini tənbeh edib.
Əsgərov
beynəlxalq federasiyanın kəsdiyi 500 min dollarlıq cəzanın
ödənilməsindən sonra millinin uğursuzluqlarının səbəbini soruşub. Nə
yeni baş məşqçi Tamas Feher, nə də digərləri bu uğursuzluğa izah tapa
bilməyib.
Əsəbiləşən federasiya rəhbəri hər kəsi tənbeh edib.
Cahangir Əsgərovun əsəbi vaxtına tuş gələn adamlardan biri də Ağır
Atletika Federasiyasının baş katibi Yavər Hacıyev olub. Yavər Hacıyevin
danlanmasına səbəb kimi isə federasiyadakı işlərin nəzarətdən çıxması
göstərilir.
Dünənki məlumatlarda həmçinin o da bildirilirdi ki,
federasiya rəhbərliyi daha bir şans verib. Aprel ayında keçiriləcək
Avropa çempionatında uğurlu nəticə olmasa, hər kəsin məsələsinə yenidən
baxılacaq.
Federasiya milli komandaya güclü idmançıları toplamalıdır.
Bunun üçün yenidən millidən kənar qalmış idmançılar sınaqdan keçirilə
bilər.
Ümumiyyətlə, görünən odur ki, Cahangir Əsgərovun rəhbərlik
etdiyi federasiyada işlərin tezliklə yoluna düşəcəyini gözləməyə dəyməz.
Proseslərin hazırki gedişi “AZAL” prezidentinin federasiyasında suların
bundan sonra hələ bir neçə ay da durulmayacağını deməyə əsas yaradır.
Xatırladaq
ki, ötən ilin yazında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF)
İcra Şurasının Azərbaycan Ağır Atletika Federasiyasını yarım milyon
dollar cərimələdiyi açıqlandı. Həmin məlumat federasiyanın saytında
yerləşdirilmişdi. Cəza Azərbaycanın 9 atletinin dopinq qəbuluna görə
verilmişdi. IWF Azərbaycan Federasiyasını idmançı, məşqçi və
həkimlərin iştirakı ilə bu faktı araşdırmağa da çağırmışdı. Beynəlxalq
qurum təqsirsiz idmançıların zərər çəkməməsini əsas götürdüyündən,
Azərbaycan Federasiyasını üzvlükdən çıxarmamışdı.
Məlumatda o da
deyilirdi ki, dopinq qalmaqalına baxmayaraq, federasiyanın icraçı orqanı
özünün “günahsız atletləri cəzalandırmamaq” siyasətinə dayanaraq,
Azərbaycanın Ağırlıqqaldırma Federasiyasını yarışlardan kənarlaşdırmamaq
qərarına gəlib. Bu qalmaqal onunla nəticələndi ki, yarım milyon
dollarlıq cərimə ödənildi, ağır atletlərimizin isə uzun müddətdir
beynəlxalq yarışlarda ciddi uğurundan danışmaq mümkünsüzləşib.
Yaranmış
situasiyanın Cahangir Əsgərovu ciddi narahat etdiyini və onun yaxın
vaxtlarda baş verənlərə “əl qoyacağını”, sərt addımlar atacağını
“Unikal” olaraq yazmışdıq. “AZAL” prezidentinin fövqəladə iclas
keçirməsi və əsəbi şəkildə baş verənlərlə bağlı hesabat tələb etməsi
həmin informasiyanın doğruluğunu təsdiqləyir.
Hesab etmək olar ki,
bu, hələ başlanğıcdır, yaxın üç-dörd ayda vəziyyət dəyişməzsə, Cahangir
Əsgərov rəhbərlik etdiyi federasiyada daha kəskin addımlar atmağa qərar
verəcək. Odur ki, zamanı qabaqlamayaq və gözləyək.

Short URL: http://www.cumhuriyyet.net/?p=15500

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930