Prezidentin köməkçisi: “Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib”
“Dünən Ermənistanın təxribatından sonra dərhal Azərbaycan Ordusu əks həmlə əməliyyatı həyata keçirib”.
“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda qoşunların təmas xətti boyunca hərbi əməliyyatlar davam etməkədir: “Onlar hər zaman mülki əhalini hədəfə alırlar. Bu gün Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=155022