Şamaxı icra hakimiyyəti 20 yanvara görə əklil pulu toplayır
İcra başçısının müavini Şəhidlərin məzarı üzərinə qoyulacaq güllərə görə 400 manatdan pul yığdırır
Azərbaycan üçün əlamədar olan bayram və hüzn günləri həmişə təmtəraqlı
keçirilib. Xüsusən rayonlarda bu proses daha çox yarış səviyyəsində
diqqəti çəkir. Hərçənd bəzi rayonların rəhbəri bu bayram və hüzn
günlərindən pul çıxarmaqdan da çəkinməyiblər. Bura gül alverindən
tutmuş, qurban ətinin alınması üçün sahibkarlar və idarə müdirlərindən
pul yığılmasına qədər hər şey daxil olub. Bu gün isə Şamaxıdan gələn bir
xəbər vəziyyətin heç də düzəldiyini deməyə imkan verməyib. Əksinə bu
məlumat təsdiqini taparsa, böyük bir biabırçılığın yaşandığını, hətta
bəzi məmurların şəhid adından sui-istifadə etdiyi aşkarlanacaq.
Hələliksə bu məlumat iddia səviyyəsindədir.
Şamaxıdan olan bir qrup ziyalı iddia edir ki, onlar
rayonda hər şeyin alverini, kitab, qəzet, jurnal, ağac, bilet və sairin
biznesini görüblər. Amma bu günlərdə üzləşdikləri mənzərə isə onları
heyrətə gətirib. Şamaxı ziyalıları
yazır ki, bu günlərdə rayon İcra Hakimiyyəti başçısının müavini Qasım
Qasımovun xüsusi əmrinə əsasən bütün idarələrin keçiriləcək tədbirlə
əlaqədar əklil hazırlamaları barədə tapşırıq verib. В«Əklilin
hazırlanmasının əlehinə deyilik. Biz onun əlehinəyik ki, idarə
rəhbərlərinə verilən tapşırığa əsasən bu əklillər Bakı şəhərində Qasımov
tərəfindən müəyyən olunmuş gül mağazasında hazırlanacaq və birinin
qiymətinin isə ən minimum 400 manat olacağıdır. Bunu bizə idarə
müdirlərimiz özü deyib. Şübhəsizki əklilin hazırlanması üçün vəsaitin
toplanması bizim əmək haqlarımız əsasında reallaşacaq. Görünür indide
Qasımov gül biznesinə rəvac verməkdədirВ».(jam.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15504