Sabir Rüstəmxanlı: “Bu gün xalq bir ordu və hər birimiz bir əsgərik”

28.09.2020 - 17:15

Ermənistanın son hərbi təxribatları məqsədlidir. 1993-cü ildə Dağlıq Qarabağ və ətraf rayonlar işğal edildikdən sonra ermənilərdə bir cəzasızlıq vərdişi bir arxayınlıq yaranmışdı. Onlar beynəlxalq qurumların qərar və qənnamələrinə əməl etmirdirlər, işğalın daimi olacağını düşünürlər. Dişlərində necə deyərlər “şirə qalıb”. Hesab edirlər ki, yeni torpaqlar işğal edəcəklər”. Bu sözləri açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, ermənilər istəyir ki, Qarabağın işğalını unudaq. Bundan başqa düşmən Azərbaycanın qərb bölgəsində yerləşən beynəlxalq kommunikasiya layihələrinə zərbə vurmaq istəyir:“Azərbaycanın qərb bölgəsində yerləşən beynəlxalq kəmərlərdə onların gözü var. Ermənistanın arxasında duran qüvvələrin də hədəfi həmin layihədir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin bir məqsədi də diqqəti hazırda ölkələrində yaranmış vəziyyətdən yayındırmaqdır. Ermənistan iqtisadi böhran hökm sürür. Ölkə iqtisadi fəlakətə doğru gedir. Bu isə Baş nazir Nikol Paşinyanın hakimiyyətinə təhlükə yaradır. Azərbaycana qarşı hərbi təxribatlara əl atmaqla onlarsiyasi böhrandan yan keçmək istəyirlər”.
VHP sədrinin fikrincə, Ermənistanın hərbi siyasi rəhbərliyi istəyinə nail ola bilməyib:“Onlar hesab edirdi ki, yenə hansısa ərazini işğal edəcəklər və kimsə də onlara gözün üstdə qaşın var deməyəcək. Cəzasız qalacaqlar. Lakin Azərbaycan ordusunun peşəkar və qətiyyətli davranışı onlarn niyyətini puç etdi. Ermənilər bilsin ki, işğalda olan torpaqlarımız kənd-kənd azad olunacaq”.
Millət vəkili erməni silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı dinc əhalisinə qarşı aqressiv davranışını da pisləyib: “Erməni xisləti deyilən bir şey var. Onlar heç bir müharibə qanunlarına əməl etmirlər. Bu, 90-larda da belə olub, indi də belədi. Azərbaycan Prezidenti də son vaxtlar çıxışlarında qeyd edir ki, bu, erməni faşizmidir. Alman faşizmi vardı, məhv oldu getdi, indi Almaniya demokratik dövlətdir.
Erməni faşizmi isə davam edir. Dövlət başçısı bunu müxtəlif beynəlxalq təşkilatlarda da vurğulayıb. Milli, dini mənsubiyyətə görə soyqırım törətmək erməninin dəyişməz xislətidir. O zaman çar Rusiyasına söykənib Qafqazda soyqırım həyata keçirirdilər.
İndi də bu siyasət davam edir. Erməni üçün müqəddəs heç nə yoxdu. Onlar üçün ana-ana, ağsaqqal, ağbirçək, qadın, uşaq yoxdur. Hətta özünü ziyalı ayanlar belə deyirdilər ki, Xocalıları ona görə qırdıq ki, Azərbaycanın gözünü qorxudaq. Müharibənin öz şərtləri var, ancaq Xocalı göstərdi ki, ermənilər üçün bu şərtlər mövcud deyil. Hədəflərinə çatmaq üçün bütün iyrənc vasitələrə əl atırlar”.
Sabir Rüstəmxanlı qeyd edir ki, bu gün Azərbaycanda heç bir siyasi partiyadan və yaxud hər hansı cinahdan olan insanlar fərqli düşünmür. Hamı torpaqlarımızın işğaldan azad olunmasının arzusundadır və bu məsələdə hamı Azərbaycan prezidentini, ordusunu dəstəkləyir. İstəyimiz birdir: “Xalq-ordu, hərəmiz bir əsgər”
Sabir Rüstəmxanlı xüsusi olaraq vurğuladı ki, media və vətəndaşlar bu məsələdə həssas olmalı, təxribatçı məlumatlara uymamalıdır: “Yalançı informasiyalarla milləti ruhdan salan məlumatlara yol vermək olmaz. Azərbaycan və Türkiyə televiziya kanalları cəbhədə baş verənləri canlı şəkildə göstərməyə, xalqa, dünyaya məlumatlar çatdırmağa çalışırlar. Xalq da bu məlumatlara əsaslanmalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155050

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930