Flora Kərimova Təbriz üçün kövrəldi: “50 il sonra…”
Son zamanlar ailə qalmaqalları ilə gündəmi zəbt edən bəstəkar-müğənni Musa Musayev xalq artisti Flora Kərimovanı ağlatdı.
ANS PRESS-in məlumatına görə, Sərxan Kərəmoğlunun təqdimatında
ANS-in efirində yayımlanan “Bir gün” verilişinin bugünki buraxılışı Musa
Musayev və Təranə Qumral cütlüyünün evində olub. Onların qonağı isə
xalq artisti Flora Kərimova olub.
Maraqlı söhbətlər və açıqlamalarla zəngin olan “Bir gün”də, Musa
bəy özünün yazdığı məşhur “Təbriz” mahnısını gitara ilə ifa edib. İfanı
dinləyən xalq artistinin gözləri dolub.
Vətənpərvər çıxışları ilə seçilən Flora xanım özünü ələ alaraq belə
deyib: “Necə kövrəlməyəsən axı? Səsdəki yanğı bir yana, mahnı yaralı
yerimiz olan Təbrizdəndir. Bu elə bir dərddir ki, buna öyrəşmək olmur”.
vəziyyətə etiraz edib. “Mən belə veriliş istəmirəm, bu mənə lazım
deyil!”-deyən aparıcı, verilişi şən əhval-ruhiyyədə davam etdirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15509