Latviyalı deputat Azərbaycana dəstək verdi: “Ərazi bütövlüyü toxunulmazdır”

30.09.2020 - 10:43

“BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul edib. Beynəlxalq hüquq normalarına əsasən, digər dövlətlər kimi Azərbaycanın da ərazi bütövlüyü toxunulmazdır”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) deputatı Artuss Kayminş (Artuss Kaiminš) bildirib.

“Latviya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və onun ərazisində hər hansı bir qurumu ikinci dövlət kimi tanımayıb”, – deputat deyib.

A.Kayminş qeyd edib ki, Sovet İttifaqının dağılmasından 30 ilə qədər vaxt keçməsinə baxmayaraq hələ də, ondan miras qalan münaqişələr yaşanmaqdadır: “Dağlıq Qarabağ münaqişəsi də bu acı miraslardandır”.

O bildirib ki, bu kimi münaqişələrin həllində uzun illərdir status-kvonun saxlanması region üçün münaqişə təhdidi yaradır və arzuolunmaz haldır:

“Təəssüf ki, bu məsələ 30 ildən sonra sülh yolu ilə deyil, silah gücünə həll olur. Biz tezliklə bütün dünyada, o cümlədən də regionda sülhün bərqərar olunmasını istəyirik. XXI əsrdə mülki insanların münaqişələrdə həlak olması çox arzuolunmaz haldır”, – latviyalı deputat vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=155109

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31