Azərbaycan Ordusu Ağdərədə yerləşən qərargaha zərbə endirib, düşmən xeyli itki verib
Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.
Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
“Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib”, nazirlikdən bildirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=155153