Biabırçılıq: həkim polisdən pul almayanadək müayinə etmədi

20.01.2015 - 03:47

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi
yanvarın 16-dan 17-nə keçən gecə Bakıda avtoxuliqanlara və sərxoş
sürücülərə  qarşı reyd keçirib. Reydə 100-dən çox yol polisi əməkdaşı
cəlb edilib. Reyd zamanı 52-ə sərxoş sürücü, 10 avtoxuliqan saxlanılıb.
Sərxoş sürücülər arasında 8 qadın da olub.

Reyd zamanı həmçinin yol polisi əməkdaşı,
serjant Gülhüseyn Əliyevin halı pisləşib və o dərhal xəstəxanaya
yerləşdirilib. Məlumata görə, DYP əməkdaşının halı pisləşdiyi üçün onu
Gömrük Hospitalına aparıblar. Burada isə həkimlər polisdən 180 manat
müayinəpulu tələb ediblər. Polis bu qədər pulu olmadığını dedikdə isə
həkimlər onu komandirinə zəng etməyə məcbur ediblər. Polis serjantı
komandirindən 180 manat pulun həkimlərə çatdırılmasını xahiş edib. Bir
saata yaxın vaxt ərzində pul həkimlərə çatandan sonra polisi müayinə
edərək ona dərman yazıblar.(faktxeber.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=15517

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728