Ərdəbildə ikinci dəfə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib – Foto

01.10.2020 - 10:18

Ötən gün axşam saatlarında Güney Azərbaycanın Ərdəbil şəhərində milli-mədəni fəallar tərəfindən ikinci dəfə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Musavat.com bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda qeyd edilir ki, iki gün öncə Ərdəbilin Ciral parkında keçirilən aksiyada İranın təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsinə məruz qalan milli-mədəni fəallar yenidən bir araya gəliblər. Milli fəallar Ermənistanın hücumuna qarşı əks hücuma keçərək, qələbələr qazanan Azərbaycan Ordusuna dəstək nümayiş etdirib, “Bir millət arxanızda Azərbaycan əsgəri” şüarı yazılmış plakat qaldırıblar.

Xatırladaq ki, Ərdəbildə milli-mədəni fəallar tərəfindən ilk olaraq sentyabrın 29-da Azərbaycan Ordusuna dəstək aksiyası keçirilmişdi. Aksiya dərhal İranın təhlükəsizlik qüvvələri tərəfindən dağıdılmış, 20-yə yaxın milli-mədəni fəal döyülərək saxlanılmışdı. Onların arasında Əsgər Əkbərzadə, Murtuza, Müctaba və Mustafa Pərvin, Məhəmməd Colani, Mehdi Huşmənd, Pərviz Siyabi, Səccad Colani, Hüseyin Balaxani, Bəhmən Xeyrcu, Hamid Heydərinin olduğu bildirilir. Adı çəkilən milli-mədəni fəalların hazırda harada saxlanıldıqları məlum deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155173

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930