Sumqayıtda şəhidlər qadağası
Bu gün bütün Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq.
Sumqayıtda da anım mərasimi keçiriləcək. Ancaq bu mərasimlə bağlı dünən
siyasi partiyaların yerli təşkilatlarına xəbərdarlıq müraciəti
ünvanlanıb. Bu barədə xəbər redaksiyamıza siyasi partiyaların birindən
verilib.
Siyasi partiyaların yerli təşkilatlarına saat 11.00-dan tez şəhidləri
ziyarət etmək qadağan olunub. Bunun sadə sabəbi odur ki, saat 11.00-a
qədər şəhərin icra başçısı Eldar Əzizovun şəhidləri ziyarət etməsi
planlaşdırılır. Onunla eyni vaxtda, yaxud ondan qabaq ziyarət qəbul
olunmur, daha doğrusu qadağan edilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15520