Tanınmış iş adamı ordumuza dəstək verdi və hər kəsi dəstəyə çağırdı

02.10.2020 - 10:02

Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli tədbirlərini davam etdirir. Bu günlərdə hər kəs Ordumuza, Azərbaycanın haqq işinə dəstək verir. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin “Qarabağ Azərbaycanındır və nida” sözləri düşmən üçün əcəl zəngidir. Azərbaycan ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda artıq 6 gündür ki, böyük fədakarlıqla döyüşür. Ordumuzun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır. Ölkəboyu orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışır.

Musavat.com xəbər verir ki, bu günlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ordumuza və dövlətimizə dəstək kampaniyasının dairəsi də getdikcə genişlənir. Təsisçisi Loğman Zülfüqarlı olan “Bakı İnşaat Sənaye” ASC Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat köçürüb. ASC hər kəsi ordumuza və dövlətimizə dəstək verməyə səsləyib – “Ordumuz-Qürurumuzdur”.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

photo_2020-10-02_09-46-46.jpg (45 KB)

Short URL: http://www.cumhuriyyet.net/?p=155218

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31