“Tubzon”a köçürülən məhkumlara işgəncə verilib?
Yaxınları məsələ ilə bağlı ölkə başçısına müraciət etdi
14 saylı cəzaçəkmə müəssisəsində baş verənlərə görə Vərəmli Məhkumlar
üçün Müalicə Müəssisinə -“tubzon”a köçürülən məhkumların yaxınlarına
onlarla görüşə icazə verilmir. Bu barədə məhkumların
yaxınları məlumat verib: “Bu gün (dünən – red) getdik, əvvəlcə görüşə icazə verəcəklərini
dedilər. Lakin sonradan bəlli oldu ki, guya onlar “kars”da döşəkağını
cırdıqlarına görə, daha ağır cəzaya məhkum olunublar. Dedilər ki, ayda
bir dəfə görüşə icazə verilə bilər”.
Lakin məhkumların yaxınları hesab edir ki, onlar yenidən işgəncəyə
məruz qalıblar: “Görünür, xəsarət izləri var. Ona görə də bizimlə görüşə
icazə vermirlər”.
Məhkumların yaxınları bildirir ki, məsələ ilə bağlı Ombudsmana, QHT
nümayəndələrinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb: “Ona görə
də biz ölkə başçısına müraciət edirik. Ondan xahiş edirik ki, bu
məsələni diqqətdə saxlasın”.
Xatırldadaq ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində
məhkumlar qiyama qalxıb. Buna səbəb isə məhkum Elşad Babayevin karsda
(cəza kamerası) işgəncə ilə öldürülməsi olub. Ödürülən məhkumun
yaxınlarının təqdim etdikləri fotolarda Elşad Babayevin bədəni üzərində
çoxsaylı xəsarətlərin olduğu görünür. Bu hadisədən sonra 11 məhbus
“tubzon”a köçürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15524