İsveçrədə diaspor nümayəndələrimiz cəbhədəki hal-hazırkı vəziyyət ilə əlaqədar tədbirlər keçirib (FOTO)

02.10.2020 - 10:48

İsveçrənin Soloturn və Sürix şəhərlərində yaşayan diaspor nümayəndələrimiz ilə cəbhədəki hal-hazırkı vəziyyət ilə əlaqədar tədbirlər keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, 27 sentyabr 2020-ci il tarixindən etibarən başlayan Ermənistanın növbəti təxribatlarının qınanılması, təxribatlarla bağlı məlumatların daha geniş kütləyə çatdırılması istiqamətində səfirliyin təşkilatçılığı, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”, “Azərbaycan Dostları Birliyi” və İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi ilə Soloturn və Sürix şəhərlərində tədbirlər təşkil edilmişdir.

Soloturn şəhərində baş tutan tədbirdə ilk öncə Səfirliyin diaspor nümayəndələrimiz üçün çağırışı səslənmişdir. Çağırışda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması qeyd edilərək, 30 ildir ki aparılan danışıqlara Ermənistan tərəfindən ciddi zərbə vurulması diqqətə çatıdırılmış, hazırda öz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ermənilərin təxribatına cavab olaraq döyüşlərin aparılması qeyd olunmuşdur. Bundan əlavə bildirilmişdir ki, indiki məqamda dünya azərbaycanlıları Ermənistan dövlətinin işğalçı siyasətinin ifşa edilməsi, erməni lobbisinin yalanlara söykənən fəaliyyətinin qarşısının alınması istiqamətində yaşadıqları ölkələrdə ciddi və məqsədyönlü işlər aparmalıdır.

Tədbirdə İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri Əkbər Gəncə, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”nın rəhbəri Cevzet Aras, eləcə də türk diaspora nümayəndələri çıxışlar edərək Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olmasını qeyd etmiş, tədbir iştirakçılarına ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlar barədə ətraflı məlumat vermiş, Ermənistanın xain hücumunu pisləmiş, səfirin çağırışına uyğun olaraq İsveçrədəki həm Azərbaycan, həm də Türkiyə diaspor nümayəndələrinin fəal olmalarının vacibliyinə toxunmuş, Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqına dəstək nümayiş olunmuş, Azərbaycan Ordusunun tezliklə qələbə qazanacağına əminlik ifadə edilmişdir.

Tədbirin sonunda türk məscidinin axundu döyüşlər vaxtı şəhid olan soydaşlarımızın ruhuna dualar oxumuş və tədbir iştirakçıları üçün ehsan süfrəsi təşkil edilmişdir.

İsveçrə Konfederasiyasında yaşayan diaspora nümayəndələrimizin növbəti tədbiri “Azərbaycan Dostları Birliyi”nin təşkilatçılığı ilə diasporamız sıx məskunlaşdığı şəhərlərdən biri olan Sürixdə baş tutmuşdur. Tədbir zamanı Arzu Bodmer də Səfirliyin diaspor nümayəndələrimiz üçün çağırışını səsləndirmişdir. Daha sonra cəbhə xəttindəki vəziyyət müzakirə edilmiş, hadisələrin İsveçrə dövlət qurumlarının diqqətinə çatdırılmasının vacibliyi, petitsiyanın hazırlanması, diasporanın bu çətin zamanda fəaliyyətinin və birliyinin önəmi və digər məsələlər müzakirə edilmişdir.

Eləcə də İsveçrədə türk diasporunun sayının çox olması (120 mindən çox) ilə bağlı və geniş oxuyucu kütləsinə malik dərc “Post Gazetesi”ndə həmrəyliyin nümayiş etdirilməsi ilə əlaqədar səfir X.İbrahimovanın məqaləsi dərc olunmuş və münaqişə barəsində geniş məlumat verilmişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155243

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930