Gömrük sistemində “paket” ləğv olunub?

20.01.2015 - 12:01

Dövlət Gömrük Komitəsində işçilərə qeyri-rəsmi şəkildə (“zərf”lərdə)
təqdim edilən əmək haqlarının verilməsi gecikdirilir. Işçilər arasında
təşvişə səbəb olan bu vəziyyət neft böhranı ilə əlaqələndirilir. Bildirilir ki, Nazirlər Kabinetinin məlum iclasında prezident İlham
Əliyevin neft gəlirlərinin azalması ilə əlaqədar xəbərdarlığı öz
nəticəsini göstərir. Həmin iclasda prezident dövlət strukturlarına
özlərini məsuliyyətli aparmağı, israfçılığa yol verməməyi tapşırıb.
Həmçinin dövlət qurumlarında idarəetmə prinsiplərinin təkmilləşdirilməli
olduğu diqqətə çatdırılıb. 

“Zərf”lərin məhz bu iclasdan sonra geçikdirilməsi təsadüfi sayılmır.
Məlumatlara görə, gömrük sistemində ixtisarların aparılacağı və bu
prosesə mart-aprel aylarında başlanılacağı gözlənilir. 

Eyni vəziyyət Fövqəladə Hallar Nazirliyində də yaranıb. Burada da
“zərf”lərin ləğv ediləcəyi və ixtisarlar aparılacağı barədə xəbərlər
işçiləri panikaya salıb. 

Qeyd edək ki, bəzi büdcə təşkilatlarında əməkdaşlara rəsmi əmək
haqları ilə yanaşı “zərf”lərin də verilməsi uzun illərdir tətbiq edilir.
“Zərf”lərdəki məbləğ rəsmi əmək haqqıdan ən azı iki dəfə çox olur.

Short URL: http://www.cumhuriyyet.net/?p=15525

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728