Dövlət Xidməti: “Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox vətəndaş bizə müraciət edir”

02.10.2020 - 15:22

“Məlum olduğu kimi, Ali Baş Komandanın müvafiq fərmanı ilə ölkədə qismən səfərbərlik elan edilib. Qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox – on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər”.

“Report” xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general mayor Zaur Abdullayev deyib.

“Vətəndaşların bu ruh yüksəkliyi və çoxsaylı müraciətlərinin nəticəsidir ki, proses uğurla həyata keçirilir və onlar təlimlərə cəlb edilirlər. Biz vətənpərvərlik nümayiş etdirərək döyüşlərə könüllü qatılmaq arzusunda olan çoxsaylı vətəndaşlara bir daha təşəkkür edirik”, – o, əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155254

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930