Baş prokuror hədələdi Vəzirovun halı pisləşdi
Azərbaycan Baş Prokurorluğunun 20
yanvar faciəsində əli olmuş Əbdürrəhman Vəzirovla bağlı istintaq
hərəkətlərinin davam etdiyini və onun axtarıldığını bəyan etməsindən
sonra Azərbaycan KP MK-nın sabiq I katibinin səhhətində ciddi problem
yaranıb. Bu barədə virtualaz.org saytına hazırda Moskvada yaşayan Ə.Vəzirovun ətrafından məlumat daxil olub.
Xəbərdə deyilir ki, 87 yaşlı Ə.Vəzirovun halı qəfildən pisləşib. Təcili yardım çağırmaq lazım gəlib. Yada salaq ki, Ə.Vəzirov 20 yanvar hadisələrindən dərhal sonra
Moskvaya qaçıb və bu günə qədər də orada yaşayır. Azərbaycan Baş
Prokurorluğu dünən bəyanat yayaraq Ə.Vəzirovla bağlı istintaqın davam
etdiyini və onun axtırldığını bildirmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=15526