Elmlər Akademiyasında elmsizılik rüzgarı

20.01.2015 - 13:36

“AMEA prezidenti sovet
elm-təhsil sistemini ideallaşdırmağa çalışır. “Şimal küləyi” gücləndikcə
isə, o, bu barədə artıq çəkinmədən danışır”

“AMEA prezidenti sovet
elm-təhsil sistemini ideallaşdırmağa çalışır. “Şimal küləyi” gücləndikcə
isə, o, bu barədə artıq çəkinmədən danışır”

 

 

“Cənab Prezident bir daha müraciət edirəm ki, nə qədər
gec deyil, Fizika İnstitutunu Məmmədov – Ələkbərov – Abdinov üçlüyünün
əsarətindən xilas edin!” Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən son seçkilərdən narazı qalan alim – fizika-riyaziyyat
elmləri doktoru, AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri Elman
Şahverdiyev mübarizəsini davam etdirir. O, bununla bağlı ölkə
rəhbərliyinə bir neçə dəfə müraciət edib. E.Şahverdiyev Prezidentə
məktublarında seçkilərdə baş verən pozuntular, kimlərin təyinatla AMEA
üzvü olmasını açıqlayıb, dövlət başçısından nəticələri ləğv etməyi xahiş
edib.

Elman Şahverdiyev

Elman Şahverdiyev

Elman Şahverdiyev, AMEA-ya keçirilən seçkilərin nəticələrinin
qeyri-obyektiv olduğunu əsaslandırmaqla yanaşı, “AzPolitika.info”da
Akademiyada baş verən qanunsuzluqlarla bağlı bir neçə məqalə ilə də
çıxış edib. Elə saytımız vasitəsilə Prezidentə ünvanladığı son məktubunda da bu qanunsuzluqlardan yazıb.
Xatırladaq ki, indiyə qədər on dörd beynəlxalq qrant alan (Yaponiya,
Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən)
Elman Şahverdiyev həm də 30 ildən artıq fəaliyyət göstərən Avropa
İttifaqı Çərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə
azərbaycanlı alimdir.
Bu gün Elman Şahverdiyev “AzPolitika.info” saytına Prezident İlham
Əliyevə ünvanladığı növbəti məktubunu göndərib. Həmin məktubu qısa
ixtisarla dərc edirik:

AMEA-11

“Cənab Prezident!
Bu yaxınlarda 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında
AMEA üzvlüyünə keçirilən seçkilərdən də danışan prezident Akif Əlizadə
“istər hüquqi, istərsə də texniki baxımdan seçkilərin müasir tələblərə
uyğun aparıldığını, seçki prosesinin şəffaflığının təmin edilməsi və
seçki komissiyalarının işinin təkmilləşdirilməsi istiqamətində bir sıra
innovativ tədbirlərin görüldüyünü” qeyd edib. AMEA rəhbəri səsvermənin
nəticələrinin kadr potensialının güclənməsi, xüsusilə son dövrlər
müşahidə olunan elmdə qocalma tendensiyasının aradan qalxması və
gələcəkdə kadrların gəncləşməsində mühüm rol oynayacağına əminliyini
ifadə edib.
Faklar isə tam əksini deyir! AMEA prezidenti yaxşı bilir ki, seçki yox, siyahı əsasında təyinatlar olub. Əgər
seçki olubsa, AMEA prezidentindən soruşmaq istəyirəm ki, o, əlində
administrasiyadan alınmış siyahı ilə niyə bölmələrdəki seçki
komissiyalarını narahat edirdi: “Əsas yerlərə bunlar, əlavə yerlərə isə
bunlar”. Onun həqiqəti deməyə cəsarəti çatmırsa, heç olmasa
ictimaiyyəti, o cümlədən elmi cəmiyyəti ələ salmasın! Axı o gözəl bilir
ki, orda olanlar səhəri gün bütün akademiyada danışılır!
Özü də
tək narazı qalanlar yox, hətta razı qalanlar da danışır!!! Kifayətdir
ki, təyinolunmalardan sonrakı günlər-aylar mətbuatı izləyəsiniz! Mən
hələ saysız-hesabsız kuryozlar barəsində yazmaq istəmirəm”.

“83 yaşlı AMEA prezidenti yeni bir sirr bilir: ahıllaşma vasitəsi ilə gəncləşdirmə!”

2xxDaha sonra Elman Şahverdiyev AMEA-nın yeni üzvlərinin yaşı haqqında məlumat verir: “Yaş məsələsinə gəlincə, faktlara müraciət etmək istəyirəm. Fizika üzrə 3 akademik, 7 müxbir üzv təyin olunub: Onlar aşagıdakılardır:

1) İsmət Nəjəfov (82 yaş) 2)

Bahadur Tağıyev (81 yaş)

3)Təyyar Cəfərov (76 yaş)

4) Cavad Abdinov (75 yaş)

5) Rauf Hüseynov (75 yaş)

6) İskəndər Cəfərov (75 yaş- bu yaxınlarda dünyasını dəyişdi)

7) Övsət Abdinov (71 yaş)

8) Aydın Kazımzadə (65 yaş)

9) Nazım Məmmədov (62 yaş)

10) Ənvər Nəhmədov (57 yaş).

Başqa bölmələrdə də analoji vəziyyətdir! İndi oxucular özləri nəticə çıxarsın: bu təyinolunmalar akademiyanı gəncləşdirirmi! Bəlkə
83 yaşlı AMEA prezidenti yeni bir sirr bilir: ahıllaşma vasitəsi ilə
gəncləşdirmə! Bu yerdə Məşədi İbad yada düşür: “Nə qədər, nə qədər qoca
olsam da…” Qeyd etmək istəyirəm ki, təyin olunmuşlar arasında ikili
vətəndaşlığı olanlar da var ki, bu da ölkə Konstitusiyasına birbaşa
ziddir.

Prinsipal olaraq belə məsələlərdə yaş senzinin əleyhinəyəm. Amma təyin
olunmuşlara verilən aylıq ömürlük fantastik (AMEA üçün) məbləğlər ona
gorə ödənılır ki, bu insanlar elmi yeni biliklərlə, yeni nailiyyətlərlə
zənginləşdirsinlər. Görünən odur ki, bu qeyri–mümkün məsələdir, çünki bu
təyinolunmuşların əvvəlki tərcümeyi halı bunu deməyə əsas verir.
Yenə də faktlara müracət edirəm:
– fizika üzrə təyin olunmuş üç həqiqi üzvün işlərinə cəmi sitatlar tək mənimkindən 2 dəfə azdır;
– 7 təyin edilmış müxbir üzvün cəmi sitatları mənimkindən azdır.
Yeri gələndə AMEA prezidenti beynəlxalq əməkdaşlıqdan ağız dolusu
danışır. Əgər o bu ifadələrində səmimidirsə, niyə belnəlxalq aləmdə
qəbul olunmuş elmi nailiyyətlərin qiymətləndirilməsini qəbul etmir!
Onsuz da biz istəsək də, istəməsək də, bizi də o meyarlarla
dəyərləndirirlər. Bunu birdəfəlik qəbul etmək lazımdır!
Nə qədər acı da olsa, etiraf etmək lazımdır ki, məqalələrin
sayına görə (əhali nisbəti da nəzərə alınmaqla ) Azərbaycan
Ermənistandan 7-8 dəfə, məqalələrə olan sitatların sayına görə isə 15-16
dəfə geridə qalır. Bir məqaləyə olan orta sitatların sayına görə isə
Azərbaycan 238 ölkə və ərazi qurumları arasında 234-cü yerdədir; bu
nəticə keçən il daha pis idi.
Bəlkə bu “irəliləməni” nəzərdə
tutan AMEA prezidenti yaxınlarda elmdə “canlanmalardan” danışırdı?
Təsəvvür edin, bu prezident dərin bir quyunun dibindən 1 millimetr
yuxarı qalxmanı necə detektə edib. Heç düşünməzdim ki, bizdə belə həssas
detektorlar var!”

“AMEA prezidenti sovet elm-təhsil sistemini ideallaşdırmağa çalışır”

Akif Əlizadə

Akif Əlizadə

Daha sonra Elman Şahverdiyev AMEA prezidenti Akif Əlizadəyə qarşı bəzi ittihamlar irəli sürüb:
“Cənab Prezident!
Bu gün AMEA rəhbərliyində (prezident, vitselər, bölmə akademik
katibləri, AMEA akademik katibi və sair) bir nəfər tapmazsınız ki,
işlərinə sitatların sayı ən konservativ data bazası olan SCOPUS-da 200-ə
yaxın gəlsin. Bax elə bu səbəblərdən SCOPUS-la, Tomson Reuters-lə
aparılan danışıqlar dalana dirənib. Bu da guya reforma olunmuş AMEA
rəhbərliyinin yeni təfəkkürü! Güzgünü gizlədirlər ki, elmdə əsil
vəziyyəti, özlərinin əslində nəyə qadir olduqlarını heç kim görməsin!!!
Əvvəlki prezidentin dövründə heç olmasa müəyyən fasilələrlə də olsa, bu
data bazalarına girış mümkün idi.
Əvvəlki müraciətlərimdə də
qeyd etdiyim kimi, AMEA prezidenti sovet elm-təhsil sistemini
ideallaşdırmağa çalışır. Şimal küləyi gücləndikcə isə, o, bu barədə
artıq çəkinmədən danışır. Əgər belədirsə, niyə o sistem qərb elm
sisteminin verdiyi texnoloji üstünlüyün altında məhv oldu. Həkimə
müraciət edəndə, şimala üz tutursunuz, yoxsa qərbə?
Sözümün canı odur ki, elmi qəsdən-bilərəkdən siyasıləşdırmək lazım
deyil. Mənim fikrimcə qərb təhsil-elm sistemi elə mentalitet baxımından
da simal təhsil-elm sistemindən bizə daha yaxındır. Akif Əlizadə, sizin
isə şəxsı seçiminizi ictimaiyyətə sıramağa heç lüzum da yoxdur. Birdəki,
sovet sisteminin məzunu olub, elmə nə gətirmisiniz? Yoxsa elə
bilirsiniz ki, sonsuz illər administrativ vəzifələrdə olmaq sizə böyük
alim statusu vermışdır? Sizin elmə gətirdiyiniz sitatların sayı,
qərbdə aspiranturada oxuyan 2-ci-3-cü kurs tələbəsininkindən belə
azdır! Bircə faktı qeyd etmək istəyirəm: Sovet təhsil sistemi vaxtı
dünya fənn olimpiadalarında qalıb olan neçə azərbaycanlının adına rast
gəlmək olar? Mən bilən heç bir! Bəs indi: onlarla! Səbəbi budur ki,
həmin şagirdlərin demək olar ki, hamısı qərb yönümlü təhsil sistemi
verən liseylərdə oxuyublar!”

“Bağıra-bağıra deyirdi ki, sən sıfır səs yığmışdın, amma səni akademik təyin elədilər!”

Cavad Abdinov

Cavad Abdinov

Daha sonra Elman Şahverdiyev AMEA prezidentini ədalətsizlikdə ittiham edir, onu istefaya çağırır.
Eyni zamanda 28 il məqalələr dərc etdirməyən Rauf Hüseynovun illərdir
ölkədə yaşamadığı halda AMEA-ya üzv təyin olunduğunu bildirir: “Çünki
söz sahibi olan bir rektorun dostudur! Amma bu təyinat tək ona görə baş
verməyib! Eləsini mükafatlandırırlar ki, toplumun əsas hissəsindən
olmasın!!!”

Elman Şahverdiyev həmçinin AMEA-nın yeni üzvləri olan Cavad və Övsət Abdinovlar barəsində bəzi ittihamlar irəli sürür: “Akif
Əlizadə, görəsən 75 yaşlı Cavad Abdinov hansı haqla həqiqi üzv təyin
olunub? Axı onun işlərinə olan sitatların sayı konservativ data
bazasında sıfır səviyyəsindədir!…

Layiq olmadığı halda təyin olunmuşlardan biri də Övsət Abdinovdur. O,
CERN-dəki çoxminlik müəlliflər kollektivnin bir üzvi kimi fəaliyyətindən
əvvəl öz nəticələrinə görə orta statistik namizəddən heç nə ilə
fərqlənməmişdir, əksinə çoxlarından gerı qalırdı. CERN-dəki Proyektdən
sonra bir dəfə EİF, iki dəfə isə AMEA Rəyasət Heyəti onun rəhbərlik
etdiyi layihələrə yüz minlərlə qrantlar ayırmışdır. Görəsən GRİD
seqmenti adlandırılan sistemdən indiyə qədər bir kimsə real şəkildə
yararlanıbmı?…
Akif Əlizadə, bu necə seçkidir ki, 4 səs toplayan Nazim Məmmədov 28
səslə (31 səsdən) müxbir üzv təyin olunur? Bu yaxınlarda bu faktı ona
direktor kabinetində bildirəndə saymazyana dedi ki, nə olsun ki, heç o 4
səs də olmayanda nə olacaqdı ki?! Dəqiqdir ki, o direktorun kabinetində
gizli çəkiliş aparır. Aylar öncə öz büsbütün mənfi imicinə guya bir
müsbət çalar vurmaq üçün Nazim Məmmədov kabinetində kiminsə doktorluq
dissertasiyasının elmi şuradan buraxılması müqabilində ona rüşvət təklif
edildiyini, amma onun bundan qəti imtina etdiyini İnstitut səviyyəsində
ictimailəşdırmışdi. Qoy cürəti çatırsa indi də hansı etirafda
bulunduğunu da açıqlasın! Nazim Məmmədov çox gözəl bilir ki, “seçki”
günü təyinatlar kimin neçə səs yığmasından asılı olmayaraq siyahı üzrə
həyata keçirilir. Hələ 2001-ci ildə həqiqi üzv təyin olunmuş bir alimə
Oktay Ələkbərov (Fatma Abdullazadənin həyat yoldaşı) 2003-cü ildə
bağıra-bağıra deyirdi ki, sən sıfır səs yığmışdın, amma səni akademik
təyin elədilər! Yeri gəlmışkən, İnstitutda müşahidə kameralarının
monitorinq mərkəzi O.Ələkbərovun otağında yerləşır”.

“10 milyon manata yaxın pul neçə xərcləndı…”

Nazim Məmmədov

Nazim Məmmədov

Daha sonra Elman Şahverdiyev AMEA Fizika İnstitutunun direktoru Nazim Məmmədova qarşı bəzi ittihamlar irəli sürür:
“Nazim Məmmədovun Fizika İnstitutunun rəhbərliyinə gətirilməsindən sonra xaricdə dərc olunan məqalələrin sayı 30 faiz azalıb. Goy
əlaqədar qurumlar aydınlaşdırsın ki, şəxsən Nazim Məmmədovun adının
keçdiyi proyektlərə ayrılan 10 milyon manata yaxın pul neçə xərcləndı
ki, Fizika İnstitutu bu kökə düşdü! Yuxarıda qeyd olunan təyin
olunmuşların bir-ikisi istisna olunmaqla, qalanı ilbəil ölkənin elm
fondları tərəfindən böyük məbləğlərlə maliyyələşdırılıb. Bəs hanı
görülən işlər, alınan nəticələr! Bu konteksdə belə yüksək korelyasiya
haqlı olaraq böyük şübhələrə əsas verir
.
Direktor Nazım Məmmədov işi-peşəsini buraxıb işləyənlərə mane olmaq
xəttini seçib. O, elmi şurada və başqa yerlərdə şit-şit, yersiz
zarafatları ilə insanların heysiyyatı ilə oynayır, hədələməklə məşğul
olur, insanları daima təxribata çəkir, yanında hərlədiyi 3 müavini və
həmkarlar ittifaqını isə “şahidlərim” adlandırır. O ittifaq ki,
insanlarin maaşlarından ora 1,5 faiz köçürülür ki, onların hüquqlarını
müdafiə etsin. Əvəzində isə bu ittifaq rəhbərliyin əlavəsinə çevrilib.
Görəsən yığılan pullar (il ərzində ən azı 60-70 min manat) hara
xərclənir?!…”

“Fatma Abdullazadə öz səlahiyyətlərini həyat yoldaşı Oktay Ələkbərova həvalə edıb”

Fatma Adbullazadə

Fatma Adbullazadə

Müraciətində Elman Şahverdiyev Prezident Administrasiyanın
humanitar siyasət söbəsinin rəhbəri Fatma Adbullazadənin həyat yoldaşı
Oktay Ələkbərov barədə də ittihamlar rəli sürür: “
Akif Əlizadə,
hansı ağlı başında olan adam yalnız iki il qabaq doktorluq
dissertasiyasını müdafiə etmış (ilkin müdafiənı isə – Almaniyadan Skype
vasitəsi ilə!), illərdir ayağı ölkəyə dəyməyən Ənvər Nəhmədova səs
verər?! Bu adamda məsuliyyətsizliyin həddinə baxın ki, 20 ildən artıq
xaricdə işləməsinə baxmayaraq, elmə yalnız 50 sitat gətirir və özünü
müxbir üzv təyin etdirir! Nədi-nədi, bu “almaniyalı alim” Fatma
Abdullazadənin həyat yoldaşı Oktay Ələkbərova son illər məqalələr yazır,
yazmaqdadır və yazacaqdır! Bundan əlavə, bu səbəbə görə EİF-dən ayrılan
milyonlarla qrantların mənimsənilməsinin leqallaşdırılması
istiqamətində çalışır! Onun işlərinə SCOPUS-da olan sitatların sayı
mənimkindən 11 dəfə azdır!…

Elman Şahverdiyev AMEA-ya keçirilən təyinatların Akademiyanın bütün
bölmələrində sayca ikinci gücə malik yeni bir toplumun meydana çıxmasına
səbəb olduğunu bildirir. Şərti olaraq “Şimal-Qərb Alyansı”
adlandırdığı bu toplumun elm adamlarını şıxışdırdığını iddia edir: “Belə
süni dəstənin yaradılması ölkənin ən böyük toplumunun qəsdən
sıxışdırılması hesabına həyata keçirilir!

Seçim üçün bircə meyar olmalıdır: elmə gətirilən sitatların
sayı! Kimin hansı qütbdən olmasını əsas götürmək bu millətin maqarlarına
zidd olan yanaşmadır! Başqa sözlə, bu təyinatlar ümummilli maraqlara
yox, marginal maraqlara xidmət edir”.

Elman Şahverdiyev daha sonra Fatma Abdullazadəni öz vəzifəsini yerinə yetirməməkdə ittiham edir: “Fatma
Abdullazadə 20 ildən artıqdır ki, elmə, təhsilə, səhiyyəyə,
mədəniyyətə, TQDK-ya, Ali Attestasiya Komissiyasına, Elmin İnkişafı
fonduna və s. kuratorluq edir. Bu sahələrin hər birindəki bərbad
vəziyyət isə göz qabağındadır. Son illər isə sanki Fatma Abdullazadə öz
səlahiyyətlərini AMEA Fizika İnstitutunda çalışan Oktay Ələkbərova
həvalə etmışdır. Özü elmlər namizədi olan bu şəxs bu statusuna görə
İnstitutun bütün işlərinə qarışır, kimin akademiyaya təyin olunması,
kimə qrant verilməsi, kimin direktor olması, kimin elmi şuraya,
dissertasiya şuralarına üzv olması, lazım gələndə aspirantların elmi
rəhbərlərinin münasib adamla əvəzlənməsi, kimin dissertasiyasının və nə
vaxt təsdiq olunması və ya olunmaması, bölmə və AMEA Rəyasət Heyətinin
iclaslarının gündəliyinin formalaşması və s. məsələləri həll edir,
Azərbaycan elminin prioritet istiqamətlərini müəyyən edir.
Daha
doğrusu öz yazarlarının məşğul olduğu sahələri “prioritet” istiqamət
qəbul etdirib ki, sabah istəmədikləri adamların qrant almağına,
akademiyaya üzvlüyünə və s. “qanunu əsaslarla” mane olsunlar. Görəsən
ona bu səlahiyyətləri kim vermişdir?! Belə çıxır ki, kimlərsə artıq 20
ildən yuxarı mühüm vəzifədə işləməkdən yorulub, ona görə də öz
səlahiyyətlərini yaxın adamına transfer edib…”

Elman Şahverdiyev müraciətləri ilə bağlı Fizika İnstitutunun
direktoru N.Məmmədov tərəfindən sıxışdırıldığını bildirir. Bu haqda
saytımızda dərc olunan əvvəllki müraciətlərində məlumat verildiyindən təkrarlamaq istəmirik. Həmçinin Cavad Abdinovla
bağlı da “AzPolitika.info”da dərc olunan məqaləsindəki fikirlərini qeyd
edərək, prezidentdən onlar barədə tədbir görməyi xahiş edir: “Cənab
Prezident, bir daha müraciət edirəm ki, nə qədər gec deyil, Fizika
İnstitutunu N.Məmmədov-O.Ələkbərov-C.Abdinov üçlüyünün əsarətindən xilas
edin! Onların fəaliyyəti Azərbaycan elminin inkişafına ancaq mane olur!
Elmə ən çox sitat gətirənin təqib olunmasının bir adı var: düşmən
dəyirmanına su tökmək!!!

Arif Həşimov necə “Azenerji” nəzdində Energetika İnstitutuna direktor təyin edilib?

Arif Həşımov

Arif Həşımov

Elman Şahverdiyev akademik Arif Həşimovun “Azenerji” nəzdində
Energetika İnstitutuna direktor təyin edilməsinin də təəccüblü olduğunu
bildirir:
“Son aylar baza fizika təhsili olmayan Arif
Həşımovun 2002-2009-cü illərdə Fizika İnstitutuna rəhbərlik etməsi,
doktorluq dissertasiyası olmadan avtoreferat əsasında müdafiə etməsi,
2007-ci ildə isə SCOPUS da sıfır səviyyəsində sitatları olmasına
baxmayaraq, doktorluqdan birbaşa akademik təyin olunması haqqında
yazmışdım. Bu yaxınlarda həmin pensiya yaşlı Arif Həşimov
“Azərenerji” nəzdində Energetika İnstitutuna direktor təyin edilmişdır!
Doğrudan da ölkədə deyəsən kadr qıtlığıdır, əgər özünü kompremitə etmış
birini o vəzifədən o birisınə təyin edirlərsə! Daha doğrusu, bəlli
dəstələrin açıq və gizli üzvlərinə vəzifələr verilib, kənardakılara
olmaz deyə, rotasiyanın ümidinə qalıblar!

Qeyd edim ki, Arif Həşimovu şəxsı maraqları əsasında təqib edən şəxs
Fatma Abdullazadənın həyat yoldaşı Oktay Ələkbərovdur. Təqibin əsas
səbəbı o idi ki, Arif Həşimov özu dominant dəstənin üzvü olduğundan o,
Oktay Ələkbərovun İnstituta gələn maliyyə axınına, EİF-in, AMEA Rəyasət
Heyətinin, Neft Şirkətinin Elm Fondunun, bəzi müştərək beynəlxalq
qurumların ayıracağı qrantlara şəriksız “nəzarət” edə bilməyəcəkdi.
Doğrudan da, indi Nazim Məmmədovun direktorluğu dövründə Oktay Ələkbərov
hüdudsuz hakimiyyət sahibidir. Amma eyni zamanda onu da demək lazımdır
ki, Oktay Ələkbərovun əndazədən çıxmasının elə birincı səbəbkarı
A.Həşimovun özü olmuşdu. Ona elmlər namizədi olmasına baxmayaraq,
laboratoriya yaratdı, direktor kabinetinə istədiyi vaxt girişini təmin
etdi, əsas məsləhət yeri etdi və s.”

AMEA-2-300x201Elman Şahverdiyev Prezidentdən AMEA-ya keçirilən son seçkilərin nəticələrini ləğv etməyi xahiş edir:”Cənab
Prezident! Bir daha müraciət edirəm ki, AMEA-da elm adına qara ləkə
olan son seçkilərin nəticələrini ləğv edəsiniz, yenisini keçirəsiniz.
Əlbəttə, daha obyektiv olardı ki, AMEA-da bu sahədə əvvəlki onilliklər
ərzində keçirilən seçkilərin də təyinatlar əsasında baş verdiyini nəzərə
alaraq daha dərin dəyişikliklər olsun. 
Fizika İnstitutunu indiki yarıtmaz, elmi işçilər üçün ciddi təhlükə mənbəyi olan rəhbərliyindən xilas edəsiniz.
Seçkilərin AMEA Nizamnaməsinə zidd keçirilməsinin, saxtalaşdırılmasının
qarşısını ala bilmədiyinə görə Prezident Administrasiyasının humanitar
siyasət söbəsinin rəhbəri Fatma Adbullazadəni və AMEA Prezidenti Akif
Əlizadəni İSTEFA-ya çağırıram. Eyni səbəblərdən AMEA vitse-prezidenti
Akif Hacıyevi də İSTEFA-ya çağırıram”.

P.S. Yazıda
adları keçən şəxslərin, o cümlədən AMEA prezidentinin və Fizika
İnstitutunun rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=15528

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728