İŞİD girovları qan ağlayır: “Onlar insan deyillər…”

20.01.2015 - 13:51

 

“Allaha and olsun ki, bir dəfə mən onların 500 nəfər qız-gəlini ayırıb necə apardıqlarını gördüm”. Bunu 75 yaşlı Khirzi Naif Azadlıq Radiosunun İraq xidmətinə deyir. O,
İraqdakı “İslam dövləti” yaraqlılarının 6 ay girov saxladıqdan sonra bu
günlərdə azad etdiyi 200 nəfər yezidi kürddən biridir. Azad olunanlar
əsasən qocalar və xəstələrdir. Aralarında bir neçə uşaq da var.

“Hamının pulunu, qır-qızılını, hər şeyini əlindən aldılar. Kimdən
xoşları gəlmirdi, kim onların göstərişlərinə əməl etmirdi, öldürürdülər”
– deyə Naif xatırlayır.

65 yaşlı qadın – Sheme Salih deyir ki, girov götürüldükdən sonra
yaraqlılar qadınları kişilərdən ayırdılar. İndi də bilmirəm ki, bizi 6
ay orda saxlayanların adları nə idi”.

Girovluqdan azad edilənlərə İraq hökuməti müvəqqəti çadırlarda sığınacaq verib. 2014-cü ilin avqustunda “İslam dövləti” Sincarı ələ keçirəndə orada
yaşayan on minlərlə yezidi kürd canını götürüb qaçmışdı. Bu kiçik dini
icmanı “İslam dövləti” kafir, dönük hesab edir.

O zaman yüzlərlə yezidi kürd yaraqlıların əlinə düşmüşdü. Onların bir
çoxunu ölkənin şimalındakı Tal Afar şəhərinə aparmış və Ərbil
yaxınlığında körpüdən atmışdılar.Son aylar girovluqdan azad edilən belə insanların dediklərindən məlum
olur ki, “İslam dövləti” əlinə düşən qadınları kölə kimi satır.

Girovluqdan qaça bilmiş qadınların dediyinə görə, onlar zorlanıb, döyülüb, işgəncələrə məruz qalıblar.

60 yaşlı qadın – Merdin Azadlıq Radiosunun İraq xidmətinə deyir ki,
yaraqlılar hətta bir neçə uşağı olan qadınları da aparırdılar:

“Beş, hətta yeddi uşağı olan qadınları da apardılar. Kişilərisə
öldürdülər. Onlar adam deyillər. Heç kafirlər də bunlar kimi cinayətlər
törətməyiblər.”.

“İslam dövləti”nin 200 nəfəri azad etməsinin səbəbi sirr olaraq qalır.

Kürd komandirlər düşünürlər ki, qoca və xəstə adamlar yaraqlılar üçün əlavə yük ola bilərdi. Onları yedizdirmək isə əlavə xərc.

Azad edilənlərdən bəziləri çadır şəhərciyinə xərəkdə gətirilib.

İraq ordusu ölkənin bəzi bölgələrini “İslam dövləti”ndən geri alsa da, xeyli kənd-şəhər hələ də yaraqlıların nəzarətində qalır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15529

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728