Con Kerrinin 25 il öncəki Azərbaycan xəyanəti

20.01.2015 - 14:35

 

“Erməni azlıqların qətlinin, o
cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün
Sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik” Ermənistan-Azərbaycan münaqişəsi,
habelə SSRİ rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı törədilən
haqsızlıqlarla bağlı yeni fakt ortaya çıxıb.  

Bu fakt Dağlıq Qarabağın işğalının və Ermənistanın tərkibinə
keçirilməsi cəhdlərinin arxasında həm də ABŞ-ın durduğunu təsdiq edir. Məlum olub ki, 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir üzvü SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edib. 

APA-nın “Karabakhrecords.info” saytına istinadən verdiyi məlumata
görə, amerikalı senatorların müraciətində son 6 gün ərzində
azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni
əhalinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət
edilməsindən ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, öldürülən 60
nəfər və yaralanan 156 nəfərin əksəriyyəti ermənidir. Habelə son
hadisələr nəticəsində 4000-dək erməni qaçqın vəziyyətinə düşüb. Müraciətdə deyilir ki, Azərbaycana göndərilən sovet zabitləri vəziyyəti vətəndaş müharibəsi kimi təsvir ediblər. 

“Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər
zorakılıq hallarının qarşısının alınması üçün Sizdən bütün zəruri
tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması
ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin
bu regiondan təhlükəsiz köçməsini təmin etmək də sovet rəhbərliyinin
məqsədi olacaq. Ümid edirik ki, Siz həmçinin bir çox amerikalı və digər
əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və
Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan
əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ
ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir.
70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni
hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-nı təşkil
edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub.
Biz Sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının
Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini
seçmək hüququnu tanımaqla həll edəsiniz”, – deyə müraciətdə qeyd olunur. 

Maraqlıdır ki, müraciəti imzalayan senatorlar arasında ABŞ-ın
indiki dövlət katibi Con Kerri də olub. Bundan başqa, müraciəti
senatorlardan Pit Uilson, Pol Seymak, Lerri Breksler, Kleyborn Pell də
imzalayıblar. Yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt
komissiyasının sədri, senator Kleyborn Pellin SSRİ-nin xarici işlər
naziri Eduard Şevardnadze ilə görüşü olub. Söhbət əsnasında K. Pell
deyib ki, Sovet rəhbərliyi Azərbaycana erməni Qarabağı üzərində gələcək
nəzarəti həyata keçirməyə imkan verməməlidir.

“Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni
talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin
təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet
hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır.
Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində
saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir”, –
deyə K. Pell vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=15531

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728