Qənirə Paşayeva: “Pakistanın tutduğu mövqe ölkəmizdə böyük rəğbətlə qarşılanır”

03.10.2020 - 15:55

Milli Məclisin üzvü Qənirə Paşayeva dost və qardaş Pakistan İslam Respublikasının Milli Assambleyasında fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qrupu əlaqələndiricisi cənab Murteza Caved Abbasi və Senatda fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qrupu əlaqələndiricisi cənab Məhəmməd Talha Mahmudla görüşündən yazıb.

Millət vəkili qeyd edib: Rəhbərlik etdiyim Pakistan-Azərbaycan parlamentlərarası işçi qrupu adından Pakistanın siyasi rəhbərliyinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı həyata keçirdiyi hərbi əməliyyatlara nümayiş etdirdiyi dəstəyə görə dərin minnətdarlığımı bildirdim.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı Pakistanın tutduğu mövqe ölkəmizdə böyük rəğbətlə qarşılandığını qeyd etdim. Pakistanın daima Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin qətiyyətlə dəstəklənməsi beynəlxalq hüquq və prinsiplərə hörmətin parlaq nümunəsi olduğunu vurğuladım”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=155339

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31