Füzuli rayonunda 20 Yanvar facəsinə həsr olunan anım mərasimi keçirildi

20.01.2015 - 21:45

Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin “20
Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı Sərəncamına uyğun
olaraq yanvarın 20-də Füzuli rayonundakı
Şəhidlər Xiyabanında anım tədbiri keçirilmişdir. Tədbirdə rayonun hüquq
mühafizə orqanları, idarə, müəssisə, təşkilatları və ictimaiyyət nümayəndələri
iştirak etmişdir.

Tədbirdə20 Yanvar şəhidlərinin xatirəsi 1
dəqiqəlik sükütla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

Füzuli rayon İcra
Hakimiyyətinin başçısı Alı Alıyev 20 Yanvarın
faciəsindən danışmış, şəhidlərin xatirəsini ehtiramla yad etmişdir.

Alı Alıyev 20 Yanvar
hadisələrini Azərbaycan xalqının azadlığı və
ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyələndirmişdir.
Faciənin Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət
olduğunu vurğulayan Alı Alıyev ümummilli lider Heydər Əliyevin o vaxt
hələ Moskvada ikən həyatını təhlükəyə ataraq 20 Yanvar hadisələri ilə bağlı cəsarətli bəyanatla çıxış etdiyini,
Ulu öndərin səyi ilə hadisələrə əsl siyasi qiymətin verildiyini bildirmişdir.

Alı Alıyev demişdir: – “20
Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin
şanlı tarixidir. Ökəsinin, xalqının azadlığını,
şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün
canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız
insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın
mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirmişdir. Müstəqil
Azərbaycan durduqca faciə qurbanlarının xatirəsi də daim qəlblərdə
yaşayacaqdır.”

Çıxış
edənlər 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın müstəqilliyi yolunda şəhid
olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını
vurğulamışlar.

Həmin gün
saat 12:00-da bütün resapublikamızda olduğu kimi Füzuli rayonu ərazisində də 20
yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15536

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930