Rusiyalı ekspert: “Şəhərlərə zərbə endirməyə başlamaqla bağlı rəsmi bəyanat vermək birmənalı olaraq Haaqa tribunalı deməkdir”

04.10.2020 - 15:14

“Tanınmamış “DQR-in” lideri Araik Arutunyan Azərbaycan şəhərlərindəki hərbi obyektlərə zərbələr endirməyə başladıqlarını açıqlayıb. Təsadüfən bu terrorizm deyil?”

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, mülki obyektlərə və dinc əhaliyə zərbələr endirmək olmaz: “Təəssüflər olsun ki, hərbi əməliyyatlar zamanı bundan tamamilə qaçmaq mümkün deyil. Lakin şəhərlərə zərbə endirməyə başlamaqla bağlı rəsmi bəyanat vermək artıq qırmızı xəttin keçilməsi, birmənalı olaraq Haaqa tribunalı deməkdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=155374

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31