ABŞ-dan müsəlmanlara jest: məhbuslara saqqal qadağası götürüldü

20.01.2015 - 23:05

ABŞ-n Ali Məhkəməsi Arkanzas ştatında dustaq müsəlmana saqqal
saxlamağa icazə verilməsi haqda yekdilliklə qərar qəbul edib.
Musavat.com-un məlumatına görə, bu barədə “Associated Press”in xəbərində
deyilir. Qərarda müsəlman məhkumun yarım dyüm (təxminən 1,3 sm) saqqal
saxlaması mümkün sayılır.
Dustaq Qreqori Xoltun
(həm də Əbdül Malik Məhəmməd kimi tanınır) işinə baxan 9 hakim ştatın
saqqal qadağasını təhlükəsizlik motivi ilə əlaqələndirməsini ciddi dəlil
saymayaraq rədd edib. Prezident Obamanın
administrasiyası, həmçinin, ABŞ-dakı dini təşkilatlar və ateistlər də
Əbdül Malik Məhəmmədi müdafiə ediblər. Artıq 40-dan çox ştat məhkumların
saqqal saxlamasına icazə verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15539

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728