VHP Sumqayıtda 20 yanvar şəhidlərini andı
VHP Sumqayıt şəhər təşkilatının üzvləri 20 Yanvar şərəf və qürur günü ilə bağlı Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər. Anım tədbirinə VHP sədrinin müavini, Sumqayıt şəhər bələdiyyəsinin üzvü Yusif Salmansoy, Sumqayıt şəhər təşkilatının sədri Elmar Sadıqlı, Ali Məclis üzvü Hilal Уliyev və təşkilatın fəalları qatılıblar.
Anım tədbşrində digər müxalifət partiyalarının Sumqayıt şəhər təşkilatlarının üzvləri də iştirak ediblər. Qeyd edək ki, VHP-nin Şirvan, Füzuli, Tovuz, Şamaxı və digər təşkilatları da öz rayonlarında Şəhidlər Xiyabanını ziyarət edərək şəhidləri anıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=15542