“Riyad-Farm” MMC-də qanunsuzluq: İşçilər od püskürdü
“Riyad-Farm”
MMC-yə aid olan eyni adlı apteklər şəbəkəsi dərin maliyyə böhranı keçirir. Məlumata görə, vəziyyət o qədər qəlizləşib ki, artıq şirkət
rəhbərliyi bir neçə aydır işçilərə maaş verə bilmir. İşçilərin verdiyi xəbərdə bildirilir
ki, son 2 ayda heç bir işçi əməkhaqqı almayıb: “Rəhbərlik hər dəfə maaşların
veriləcəyini vəd etsə də, pulumuzu ala bilməmişik. Səbəb kimi büdcədə pul
olmadığını göstərirlər”.
Sözügedən
şirkət haqqında şikayətlər bununla bitmir. Əczaçıların sözlərinə görə,
rəhbərlik onlara başqa yerdən ərzaq almağı da qadağan edib: “Onların öz mağazası var. Bizə həmin
mağazadan alver etməyi tələb edirlər”.
Bildirək ki,
bir müddət öncə “Riyad-Farm” MMC-nin paytaxtın müxtəlif yerlərində fəaliyyət
göstərən apteklərində böyük dərman çatışmazlığı yarandığı barədə xəbərlər
yayılmışdı. Şirkətin hələ bir neçə il bundan qabaq keçirdiyi maliyyə böhranının
bu günə qədər öz həllini tapmaması yaxın vaxtlarda MMC-nin bağlanma ehtimalını
yaradıb.
Onu da
bildirək ki, 1998-ci ilin martında təsis edilən “Riyad-Farm” MMC 2003-cü il
aprelin 1-i Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı
Bölgə Şöbəsində dövlət qeydiyyatına alınıb. Əvvəllər böyük vəsaitlə dərman
bazarında fəaliyyət göstərən bu şirkət ümumilikdə ölkəyə dərman idxalına
nəzarət edirdi. Lakin bir müddət sonra aidiyyəti qurumlar tərəfindən
yoxlamaların aparılması, şirkətin qeyri-qanuni yollarla mənşəyi, istehsal
tarixi bilinməyən dərmanların satışı ilə məşğul olması üzə çıxdıqdan sonra
MMC-də yarpaq tökümü başladı.(axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15545