Mason təşkilatının 2015 toplantısının yeri bəlli oldu

21.01.2015 - 01:56

Bilderberg Qrupunun 2015-ci ildə
keçiriləcək illik konfransı üçün yer təsdiq edilib. Böyük siyasətçilər,
bank rəhbərləri və dünyada ən böyük şirkətlərin bəzi başçıları, tanınmış
Qərb mediasının böyüklərinin iştirak etdiyi sammit Avstriyada yerləşən
“Interalpen-Hotel Tyrolda” dəbdəbəli hotel və konfrans mərkəzində
keçiriləcək.
“Interalpen-Hotel Tyrol” hoteli 5
ulduzludur. Hotel dağ meşələri və Seefeld xizək kurortunun əhatəsində
yerləşir. O həm də İnsbruk aeroportuna yaxındır. Hotel alman əsilli
milyarder Liebherr ailəsinə məxsusdur. Qeyd edək ki, Bilderberg Qrupu 130
üzvündən ibarət qeyri-rəsmi toplantısı hər il keçirilir. Bu qrupun
üzvlərinin əksəriyyəti siyasət aləminin tanınmış simaları, biznes və
bank rəhbərləri, Qərb mediasının əsas simalarıdır. 
Klubun ümumi üzvlərinin sayı 383
nəfərdir. Onlardan 128 nəfəri, yaxud 1/3-i amerikalılardan, qalanları
isə Avropa və Asiyadan (Yaponiya, Koreya, Sinqapur, Tayvan, Honkonq və
sair) ibarətdir. “Britanniya” ensiklopediyanın
bildirdiyinə görə, konfrans qeyri-rəsmi rahat vəziyyət yaradır. Mili
siyasət və beynəlxalq işlərə təsir göstərən şəxslər bir birləri ilə daha
yaxından tanış ola və məsuliyyət daşımadan ümumi problemləri müzakirə
edə bilərlər. Hər bir konfransdan sonra görüşlər barədə qeyri-rəsmi
hesabat  hazırlanır, bu sənəd ancaq keçmiş və indiki iştirakçılar
arasında yayılır. Hesabatda məruzəçilər ancaq öz ölkələri üzrə
göstərilir. Beynəlxalq təşkilat komitəsi hər il adətən müxtəlif
nümayəndələr seçir.
Konfransa giriş şəxsi dəvətnamə ilədir.
Qurultayın günü qeyd olunmur. İclasların təşkili və iştirakçıların
təhlükəsizliyini bilderberqlərin toplandığı ölkə təmin edir.1954-cü ilin may ayında Hollandiyanın
Osterberk şəhərində В«BilderbergВ» otelində ilk dəfə iclas keçirildiyi
üçün həmin şəxslər bilderberqlər adlanır. Tam məxfiliyinə baxmayaraq,
bilderberqlərin bütün görüşləri  dünya ictimaiyyətinin böyük marağına
səbəb olur. Aralarında prezident, kral, şahzadə, kansler, baş nazir,
səfir, bankir, böyük müəssisələrin rəhbərləri kimi böyük şəxslərin bir
yerə girişini gizlətmək mümkün deyil. Özü də onların hər biri çoxsaylı
katibələr, aşpazlar, ofisiantlar, telefonçular və cangüdənlərin
müşayiəti ilə gəlir. “Bilderberg” klubunun mənzil qərargahı  Nyu-Yorkda,
Karnegi fondunun müəssisəsində yerləşir. Bununla belə, keçirilən iclas
barədə ictimaiyyət, ancaq toplantı bitdikdən sonra məlumat ala bilirlər.
Görüşdə yad mətbuatın iştirakı qadağandır. Keçirilən görüşlər, müzakirə
olunan məsələlər və verilən qərarlar dərc olunmur. Qrupun iclasında
nəyi isə yazmaq qadağandır: mətbuat üçün açıqlama vermək və görüşdə olan
diskussiyaların məzmunu barədə bəyanat vermək yasaqdır.
Xatırladaq ki, “Bilderberg” Qrupunun 2014 toplantısı Kopenhagendə yerləşən “Marriot” otelində keçirilmişdi.(faktxeber.com)





Short URL: http://www.cumhuriyyet.net/?p=15547

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728