“Vaqner”in sahibi: “Qarabağ Azərbaycanındır”; “günah Paşinyandadır”; “Ermənistan Rusiyanı aldatmaq istəyir”

06.10.2020 - 11:18

Rusiyanın dünyada məşhur olan “Vaqner” özəl hərbi şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojin “vaqnerçilər”in Qarabağ savaşına Ermənistan tərəfindən qatılmaları, yaxud qatıla biləcəkləri ilə bağlı məsələyə aydınlıq gətirib.

Priqojin deyib: “Qarabağda baş verənlərin bilavasitə səbəbkarı Ermənistanın baş naziri, çox anlaşılmaz və çox təhlükəli oyun oynayan Nikol Paşinyandır.  Paşinyan xeyli vaxtdır ki, Qərbə meyllənib, Qərbin əmrlərini yerinə yetirir və Rusiyanı aldatmaq istəyir.  Mənim mövqeyim konkret və açıqdır.  Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ermənilərin “soyqırım”la bağlı dedikləri də mənimçün o qədər maraqlı deyil”.

Kreml "Vaqner qrupu"nun törətdiyi EDAM-dan "ŞOKA DÜŞDÜ"

Açıqlamasını davam etdirən Priqojin Rusiyanın Qarabağa qoşun yeritmə ehtimalına gəlincə, aşağıdakıları bildirib: “Rusiyanın Qarabağa hərbçi, yaxud özəl hərbi şirkətin silahlısını yollamaq hüquqi ixtiyarı və əsası yoxdur.  Çünki, dediyim kimi, Qarabağ Azərbaycan ərazisidir. Gələk Türkiyə məsələsinə… Türkiyə Ermənistan sərhədlərini keçməməklə Qarabağdakı proseslərə müdaxilə edə bilər. Çünki beynəlxalq hüquq buna imkan verir. Rəcəb Tayyib Ərdoğanın öz dövlətinin və xalqının maraqları naminə etdikləri heç bir halda, ermənilərin dedikləri kimi, “işğal” və ya “hərbi əməliyyat” deyil.  Məncə, Qarabağdakı müharibənin dayanmasının ən real yolu Rusiyanın siyasi-diplomatik yolla proseslərə müdaxiləsidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=155489

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31