Əli Abbasovun peyk yalanı: 101 milyon ziyan örtbasdır edilir

14.03.2015 - 02:49
Nazirin gətirdiyi rəqəmlərl reallıqla üst-üstə düşmür
eliabbasovRabitə və yüksək texnologiyalar naziri Əli Abbasov
jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın ikinci
kommunikasiya peyki 2016-cı ildən öz-özünü maliyyələşdirə biləcək. Onun
sözlərinə görə, “Azerspace-1″ əgər 2013-cü ilin birinci yarısının
nəticələrinə görə peyk operatoru tərəfindən cəlb edilən kredit
vəsaitlərinin 50 faizi ödənilmişdisə, bu gün həmin göstərici 75 faizə
çatıb. Peyk 2016-cı ildən öz xərcini tam çıxaracaq və gəlir gətirməyə
başlayacaq”.
Nazirin sözlərinə görə, indiyə qədər
infrastruktur layihələri həyata keçirilib. 2015-ci ildə nazirliyin əsas
hədəfi İKT və yüksək texnologiya sahəsində istehsal sahəsini
genişləndirməkdir: “Əsas məqsədimiz ixracat yönümlü sahəni inkişaf
etdirməkdir. Bu istiqamətdə son 2 ildə hüquqi bazanın, işgüzarlıq
mühitinin, maliyyə resurslarının əldə olunması üçün şərtlərin həyata
keçirilməsini təmin etmişik. Artıq yarım ildir ki, böyük şirkətlərlə
danışıqlar aparırıq. 2015-ci ildə yaddaqalan hadisələr bu istbqamətdə,
yəni ixrac yönümlü xidmətlərin inkişafı istiqamətində olacaq”.
İqtisadçı
ekspern Natiq Cəfərli isə nazirin açıqlamasını şərh edərkən bildirib
ki, 2-ci peyk haqqında doğru-dürüst məlumatlar yoxdur. Amma 1-ci
buraxılan peyklə bağlı analiz və hesablamalar aparmaq üçün kifayət qədər
məlumat var: “Ökəmizin 1-ci peyki, bütün xərclər hesablananda 250
milyon dollara başa gəlib. İlk dəfə 2013-cü ildə orbitə buraxılıb. Həmin
il 4 milyon dollar, 2014-cü ildə 10 milyon dollar gəlir gətirib və
bütün gücü ilə işləsə, tezliklərin hamısı satılsa, 2015-dən sonra ildə,
maksimum, 15 milyon dollar gəlir gətirməsi planlaşdırılır. Rabitə
peyklərinin orbitdə çalışma zamanı 10-12 ildir, sonra həmin peyklər
kosmik “zibilə” çevrilir, ya da okeanların birində batırılır. Bizim
peykin ilk 2 ilində gəlir 14 milyon dollar olub, bu gündən sonra daha 10
il (yəni maksimum) işləsə, bütün tezliklər dolsa, ildə 15 milyon dollar
qazanc gətirəcək”.
Onun fikrincə, bu gəlirin azı 10 faizi
xidmət sahələrinin ödənilməsinə xərclənir, yəni 13,5 milyon dollar illik
gəlir hesablasaq, 10 ilə 135 milyon dollar vəsait əldə olunacaq. Bunun
üzərinə ilk 2 ildə əldə olunan 14 milyon dolları da gəlsək, peykin
“zibilə” çevrilməsinə qədər maksimum zaman çalışma ehtimalı ilə cəmi 149
milyon dollar geri dönəcək: “Beləliklə, 250 milyon yatırımın, ən ideal
variantda, 149 milyon dollarını geri qaytaracağıq. Beləliklə, peykimiz
101 milyon dollar ziyan vuraraq okeanda batırılacaq. Həmin 101 milyon
dollara azı 2500 tələbəni xaricdə oxutdurmaq olardı. Sözümün canı odur
ki, kiçik dövlətlər üçün bu cür layihələr “imic”dən başqa bir şey deyil,
kommersiya gəlirliliyi yoxdur, təhlükəsizlik nəzərindən isə bizə
müasir, hərbi, kəşfiyyat peykləri vermirlər, verməyəcəklər də. Ona görə
də, tək rabitə üçün peyk buraxmaqdansa, artıq peyki olan dövlətlərdən
tezlikləri icarəyə götürmək daha sərfəlidir. Əgər peyk biznesi gəlirli
sahə olsaydı, 800 milyard dollar ehtiyatı olan Norveç həftədə bir peyk
buraxardı, amma, Norveçin öz peyki yoxdur”.
Qeyd edək ki,
Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 7
fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru
kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18:36-da
(Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01:36) orbitə buraxılmışdır.
Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya
peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması
ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının
aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi,
eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları
və intellektual potensialın inkişaf etdirilməsi məqsədi daşıyır.zaurh
Zaur Həmidov

Short URL: http://www.cumhuriyyet.net/?p=15549

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728