ABŞ-da 5 yaşlı uşaq 9 aylıq qardaşını güllələyib

21.01.2015 - 10:01

ABŞ-ın Missuri ştatında 5 yaşlı uşaq təsadüfən tapança ilə 9 aylıq qardaşını güllələyib.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, faciə bazar ertəsi Kanzas Siti şəhərində baş verib.
 
Yerli
mətbuatın məlumatına görə, mənzildə tapança aşkarlayan uşaq silahı
kiçik qardaşına tuşlayıb və təsadüfən atəş açıb.  Körpə aldığı ağır
yaradan hadisə yerində ölüb. Polis baş vermiş insidentin bədbəxt hadisə
olduğunu bildirib. Hadisə ilə əlaqədar araşdırma aparılır.
 
Xatırladaq
ki, dekabrın sonlarında ABŞ-ın Aydaho ştatında fəaliyyət göstərən
Walmart super marketində 2 yaşlı oğlan uşağı təsadüfən anasına atəş
açaraq qətlə yetirib.
 
29 yaşlı qadın aldığı ağır güllə yarasından hadisə yerində keçinib.  
 
Məlumata
görə, qadın 4 övladı ilə birlikdə dükanda alış-veriş edərkən, 2 yaşlı
oğlu onun əl çantasından xəlvətcə tapançanı çıxarıb və təsadüfən anasına
atəş açıb. 

Short URL: http://www.cumhuriyyet.net/?p=15550

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728