Neftin ucuzlaşması qızılı bahalaşdırır

21.01.2015 - 10:35

В«Doktor QiyamətВ» qızılın qiymətinin artacağını iddia edir

Dünya bazarındakı vəziyyətə dair bədbin şərhlərinə görə “Doktor
Qiyamət” ləqəbi daşıyan iqtisadçı-ekspert Mark Faber iddia edir ki,
neftin ucuzlaşması nəticəsində yaranan zərəri qızılla kompensasiya etmək
mümkün olacaq. O, qızılın qiymətinin 2015-ci ildə 30 faiz yüksələcəyini
bildirib.

Xatırladaq ki, Azərbaycanda əhalinin əmanətlərindən gələn gəlirlərin
bu ildən vergiyə cəlb olunmasına dair hökumətin yeni qərarı nəticəsində
banklara əmanət yatırmağın stimulu azalıb. Avro və rublun dəyərini
itirməsi də qızıl bazarını canlandırıb. Bu mənada, qızıl bazarında
bahalaşma tendensiyası hiss olunur.

Maraqlıdır, belə olan halda, qızılın əvvəlki həddən daha çox
bahalaşması mümkündürmü? Ekspertlərin bu qiymətli metalın bahalaşmasına
dair proqnozu tezliklə özünü göstərə bilərmi?

Əlbəttə ki, qızılın bahalaşmasından danışarkən neft faktorunu yaddan
çıxarmaq olmaz. Tanınmış ekspertlərin bu məsələ ilə bağlı proqnozu isə
neftin ucuzlaşmasının bundan sonra da davam edəcəyi üzərində fokuslaşıb.
Qiymətlərin düşməsinin əsas səbəbləri ortadadır – Rusiyanı cilovlamaq,
onun Ukraynaya aqressiv münasibətinin qarşısını almaq üçün müəyyən
addımlar atılır. Bu baxımdan, dünya bazarında neftin qiymətinin düşməsi
davam etdikcə, alternativ variant kimi, qızılın bahalaşması tamamilə
realdır.

Eyni zamanda, qızıl nisbətən etibarlı və davamlı məzənnə xarakterli
olduğu üçün ona maraq arta bilər. Qızıla tələbatın artması əlbəttə ki,
onun qiymətinə də təsir göstərəcək. Lakin prinsip etibarilə, bu, çox
davam edə bilməz. Analitiklərin sözlərinə görə, istehsal olunan bütün
məhsulların maya dəyərində oturan enerji daşıyıcılarının  qiyməti aşağı
düşür. Qızıl da istisna deyil. Bu baxımdan, qızılıq bahalaşmasının
uzunmüddət və davamlı olacağı güman edilmir. Əlbəttə ki, bütün bunlar
zamana bağlı məsələdir.

Nigar

Short URL: http://www.cumhuriyyet.net/?p=15554

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728