Sabiq prezident həbs olunur
Kiyev məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin həbsinə sanksiyanı verib.
ANS PRESS-in məlumatına görə, bununla əlaqədar olaraq Ukrayna onun ekstradisiyasını tələb etmək hüququ qazanacaq.
Ökənin Baş Prokurorluğundan deyilib:
“2015-ci il yanvarın 19-da Ukrayna Baş prokurorluğunun xahişi üzrə Kiyev
şəhərinin Peçerski rayon məhkəməsi tərəfindən Ukraynanın keçmiş
prezidenti Viktor Yanukoviç barədə həbs qəti imkan tədbirinin seçilməsi
haqqında qətnamə çıxarılıb. Verilən qərar Baş prokurorluğun
müstəntiqlərinə Rusiya Federasiyası ərazisindən Viktor Yanukoviçin
ekstradisiyasını tələb etməyə imkan verir.”
Xatırladaq ki, bundan əvvəl Ukraynanın
Baş prokuroru Vitali Yarema bildirmişdi ki, V.Yanukoviçin və sabiq baş
nazir Nikolay Azarovun Rusiyadan ekstradisiyası üçün müvafiq sənədləri
hazırlayır.
Short URL: http://www.cumhuriyyet.net/?p=15555