Əhməd Davudoğlu dünya ermənilərini Türkiyə ilə barışmağa çağırıb
“Eyni coğrafiyanı və uzun bir
tarixi bölüşən türklərlə ermənilər bütün məsələləri yalınız öz
aralarında müzakirə və həll edə bilər”
İstanbulda erməni dilində nəşr olunan “Agos” qəzetinin baş redaktoru
Qrant Dinkin öldürülməsinin 8-ci ildönümü ilə əlaqədar açıqlama verib.
APA-nın xəbərinə görə, Ə. Davudoğlu Q. Dinki həm erməni kökənindən, həm
də Türkiyəyə bağlılığından vaz keçmədən türklər və ermənilərin ortaq
gələcəklərini inşa etməyin yollarını arayan dəyərli bir Anadolu ziyalısı
adlandırıb: “Biz köklü acıların aşılması və tarixi birliyin
xatırlanması üçün ürəyini və ağlını ortaya qoyan, türk-erməni dostluğunu
özündə birləşdirən Dinkin dostluq yoluna tutduğu məşəlin işığında
zehinlərdə və könüllərdə qapılar açmaq istəyirik”.
başlanğıca dəvət edib və bütün ermənilərə səslənib: “Müharibə
şərtlərində məcburi yer dəyişdirmə siyasətinin 1915-ci il hadisələri də
daxil olmaqla, qeyri-insani nəticələr doğurduğunu daha öncə də açıqlayan
Türkiyə ermənilərin acılarını paylaşır və iki xalq arasında yenidən
birgə duyğuların yaranması üçün səbr və qərarlılıqla cəhdlər göstərir.
Qarşılıqlı münasibətlərimizi əsir alan düşmənçiliyin aradan qaldırılması
üçün başda dialoq qurulması olmaqla, hansı addımları atmağın lazım
gəldiyini göstərən Türkiyə baş nazirinin 23 aprel 2014-cü il tarixli
başsağlığı mesajı bu cəhdlərin ən bariz ifadəsidir. Zamanı 1915-ci ildə
donduran böyük travmanı geridə buraxmağın yolu tabuların yıxılması ilə
başlaya bilər. Türkiyə bu nöqtəni aşıb və keçmişdən qalan basmaqəlib
sözləri, bəyanatları geridə qoyub”.
ermənilərin bütün məsələləri yalınız öz aralarında müzakirə edə
biləcəklərini və həll yollarını da yalnız birlikdə axtara biləcəklərini
vurğulayıb: “Qarşılıqlı etimad və əməkdaşlıq anlayışını inkişaf
etdirmək, 800 illik ortaq tariximizin işığında bir-birimizi yenidən
tanımaq, insani əlaqələr qurmaq vacibdir. Bu anlayışla erməni
dostlarımızı Türkiyəni daha çox ziyarət edərək qarşılıqlı etimadsızlığı
aradan qaldırmağa dəvət edirik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15556