“Chevron” işçilərinin 15 faizini ixtisar edəcək

08.10.2020 - 10:50

Amerikanın “Chevron” neft və qaz korporasiyası yeni növ koronavirus pandemiyasının yaratdığı çətinliklər fonunda işçilərinin ən az 15 faizini ixtisar etməyi planlaşdırır.

Trend TASS-a istinadən xəbər verir ki, bu yaxınlarda dünya üzrə “Chevron” işçilərinə yenidən iş üçün müraciət etmələri barədə məlumatlandırılıb. Bir neçə həftə ərzində şirkət artıq xidmətlərində maraqlı olmayan hazırkı işçilərinə müvafiq bildiriş göndəriləcək.

“Chevron” işini itirən işçilərə təqribən 1 milyard dollar təzminat ayırıb. Ümumilikdə ixtisar hazırda 47 mindən çox əməkdaşı olan “Chevron”un 15 faiz işçisinə təsir edə bilər.

Şirkət bu seqmentin əksər qurumları kimi, pandemiya zamanı istehlakın kəskin azalması və karbohidrogenlərin ucuzlaşması səbəbindən xərcləri azaldıb. “Chevron”un ikinci rübdəki gəliri 2019-cu ilin eyni dövründəki 36.32 milyard dollardan fərqli olaraq 13.49 milyard dollar olub. Ötən il eyni dövrdə 4.3 milyard dollar mənfəət əldə etdiyi halda şirkət 8.3 milyard dollar məbləğində itki edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=155627

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31