Nardaranda 4 ölkənin bayrağı yandırıldı

21.01.2015 - 17:24

Nardarandakı mitinqin gedişində 4 ölkənin – Fransa, ABŞ, İsrail və Ermənistanın bayraqları yandırıldı.

Mitinq iştirakçıları bu ölkələrin İslam əleyhinə fəaliyyət göstərdiyini bildirərək onların siyasətini sərt tənqid etdilər.

Bundan sonra mitinq iştirakçıları adından bəyanat qəbul olundu. Bununla da aksiya başa çatdı.

* * *

Kəndin axundu Hacı Nuhbala çıxışında qeyd etdi ki,
dövlətimizin bayrağında olan rənglərindən biri İslam rəmzidir: “Biz
İslamın təhqir olunmasına etiraz etməliyik”.

Axund çəkilişə gələn xanım jurnalistlərdən növbəti gəlişlərində
başlarını bağlamağı da xahiş etdi: “Biz burada peyğəmbərimizi yad
edirik. Xahiş edirik ki, xanım jurnalistlər də bunu nəzərə alsın”.

Kənd ağsaqqalı Hacı Hikmət çıxışında İslama qarşı çıxan ölkələri tənqid etdi.

* * *

Nardaranda bu gün saat 14:00-a təyin olunmuş etiraz aksiyası artıq
başlayıb. Etiraz aksiyasının keçirilməsinə əsas səbəb Fransada və digər
Avropa ölkələrində İslamın müqəddəslərini aşağılayan karikaturaların çap
edilməsiylə bağlıdır.
Aksiyaya qatılan Nardaran sakinləri əllərində “İslam sahibsiz deyil”,
“Fransa İslamdan qorxur” və s. bu kimi şüarlar yazılmış plakatlar
tutublar. Aksiyada bir sıra dövlətlərin bayraqlarının yandırılacağı
bildirilir.

Virtualaz.org saytının hazırda Nardaranda olan müxbiri xəbər verir ki, aksiyada 500-dək adam iştirak edir.

80070_src

80066_src80065_src
1nar
2nar3nar
—-
Bu gün saat 14:30-da Bakının Nardaran qəsəbəsində etiraz mitinqi keçiriləcək.
Aksiyada məqsəd Fransada nəşr olunan “Charlie Hebdo” jurnalında Məhəmməd
peyğəmbərin (s.ə.v.) karikaturlarla təhqir edilməsidir. Nardaran
sakinləri həmçinin terror hadisələrinə etirazlarını bildirəcəklər.
Aksiya təşkilatçılarının sözlərinə görə, onlar İslama olan hücumlara biganə deyillər.
Mitinqdə Fransa, ABŞ, İsrail və Ermənistan bayraqlarının yandırılacağı deyilir.


Virtualaz.org saytının hazırda Nardaranın “İmam Hüseyn” meydanında olan
müxbiri xəbər verir ki, artıq xeyli insan meydana toplaşıb aksiyanın
başlanma vaxtını gözləyirlər. İnsanların meydana axını davam edir.
Xatırladaq ki, yanvarın 7-də “Charlie Hebdo” jurnalının redaksiyasına
silahlı hücum zamanı 12-si jurnalist olmaqla 14 nəfər öldürülmüşdü.
Qətliamı törədənlər özlərini islamçı adlandırmış və bu hücumun İslam
peyğəmbərinin təhqir edilməsinə cavab addımı olduğunu bəyan etmişdilər.

Bu hadisədən sonra dünyanın ayrı-ayrı region və ölkələrində müxtəlif
motivlərlə etiraz aksiyaları keçirildi. Qərb ölkələrində keçirilən
mitinq və yürüşlər islamçı terrorçulara qarşı idisə, Şərq ölkələrində
keçirilən analoji aksiyalarda isə İslam peyğəmbərinin təhqir olunmasına
etiraz ifadə olunurdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=15563

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728