Bakıda sürücülərə qaydanı pozmağa icazə verildi
Bu gündən paytaxtın Koroğlu Rəhimov küçəsinin Fətəli Xan
Xoyski küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi (keçmiş İnqilab
küçəsi) ilə kəsişməsinədək olan hissədə nəqliyyatın hərəkətinə müvəqqəti
məhdudiyyət qoyulub.
Bunu “Trend”-ə ) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ)
İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı
Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, yolun bağlanması Bakı Şəhər İcra Hakimiyyəti
(BŞİH) tərəfindən ora yeni asfalt örtüyünün çəkilməsi ilə bağlıdır. Ona
görə də yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb: “İşlərin 2 gün
ərzində bitməsi və yolun tam açılması nəzərdə tutulur. Amma o vaxtadək
Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində alternativ
yol olmadığından avtomobillər hərəkət edərkən yolun Fətəli Xan Xoyski
küçəsi ilə kəsişməsində qoşa xəttin tələbinin pozulması zərurəti
yaranır. Bu səbəbdən sürücülərdən maksimum diqqətli olmaları tələb
edilir. Çünki həmin ərazidə sürücülər avtomobillərini yol boyu təxminən
20 metr hərəkətin əksi istiqamətində sürməli olacaqlar. Əks tərəfdən
isə, sürücülər Həsən Əliyev küçəsindən Ə.Əbdürrəhimov küçəsi ilə hərəkət
edərək Fətəli Xan Xoyski küçəsinə çıxa bilərlər”.
idarə edərkən diqqətli olsunlar, minimum sürət həddini seçsinlər, ara
məsafəsini saxlasınlar və səs siqnallarından qəti istifadə etməsinlər
Short URL: http://www.cumhuriyyet.net/?p=15564