İsveçdə yaşayan Azərbaycan əsilli siyasətçilər ölkə Parlamentinə müraciət edib

08.10.2020 - 11:18

İsveç Krallığında yaşayan Azərbaycan əsilli siyasətçilər bu ölkənin Parlamentinin xarici əlaqələr üzrə komitəsinə müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, İsveç Krallığının parlamentində təmsil olunan partiyalarin seçkili orqanlarında, regionlarda və bəllədiyyələrdə siyasi vəzifə daşıyan Azərbaycan əsilli siyasətçilər Aida Kərimli, İradə Əliyeva Söderberg, Turan Əliyev, Firudin Ələsgərov, Xalidə Marefat İsveç Krallığının xarici əlaqələr üzrə komitəsinə və komitənin 48 millət vəkilinə Dağlıq Qarabağ məsələsi ilə bağlı məktub ünvanlayıblar.

Məktubda Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan ordusu tərəfindən işğal edildiyindən, beynəlxalq qanunlara əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyindən bəhs edilib. Həmçinin, İsveç dövlətinə bu məsələdə daha fəal olmaqla bağlı çağırış edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155643

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930