Ermənistan MN şokda: 5 min əsgər itkin – Foto

08.10.2020 - 15:36

Azərbaycana qarşı müharibəyə çağırılan erməni əsgərlərinin anaları və qohumları onları nə ölən və yaralananların siyahısında, nə də cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tapa bilirlər.

Axar.az xəbər verir ki, bu məlumat Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan tərəfindən təsdiqlənib.

Ermənistanın rəsmi məlumatına görə, onlar son döyüşlərdə 361 hərbçi itiriblər, lakin sosial şəbəkələrin erməni seqmentində tamamilə fərqli mənzərəni görmək mümkündür. Erməni sosial şəbəkə istifadəçiləri Azərbaycana qarşı müharibəyə zorla göndərilmiş və itkin düşmüş qohumlarının fotolarını yayırlar.

“Mən qardaşımı tapa bilmirəm. O, mayordur. Axırıncı dəfə onunla 5 gün əvvəl əlaqə saxlamışıq. O, ordumuzun çox zəif olduğunu və bu savaşın onlar üçün çox çətin olduğunu söylədi. Şikayət edirdi ki, biz əsgərlərimizi normal şəkildə yeməklə təmin edə bilmirik. Bundan sonra onunla əlaqə qura bilmədik. Qardaşımın adı nə ölənlər, nə də yaralılar arasında var. Onun yerini öyrənmək üçün Müdafiə Nazirliyinə sorğu göndərdik, lakin müdafiə şöbəsində heç kim heç nə bilmir ”, – deyə ermənilərdən biri sosial şəbəkədə yazıb.

Sosial şəbəkələrdə bu cür yazılar yüzlərlədir. Analoji yazıların şərhlərində isə Ermənistan silahlı qüvvələrinin itkin düşmüş beş mindən çox hərbçisindən bəhs olunur.

Məhz bu səbəbdən Ermənistan Müdafiə Nazirliyi buna reaksiya verməyə məcbur olub.

“Bu günlərdə bəzi vətəndaşlar oğullarının fotolarını sosial mediada dərc edərək onların tapılmasına kömək istəyir. Münaqişə bölgəsində şiddətli döyüşlər davam edir. Bu da öz növbəsində həlak olanların cəsədlərinin tapılmasını çətinləşdirir. Bu savaş tamamilə fərqlidir, ilk müharibədən və 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq bir kabusdur. Üzr istəyirik və buna anlayışla yanaşmağınızı xahiş edirik”, – deyə Ovannisyan bildirib.

Biz Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərini çatdırdıq. O, vətəndaşlarına cəbhədə dəhşətli hadisələrin baş verdiyini açıq şəkildə bildirib.

Ovannisyan, həmçinin Ermənistan silahlı qüvvələrinin sıralarındakı böyük itkiləri inkar etməyib və yalnız vətəndaşların buna guya anlayışla yanaşmalı olduqlarını barədə danışıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155670

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930