“Azərsu”nun hüquqlarını pozduğu vətəndaşlar qanunsuzluqlarla üzləşirlər” – Mirvari Qəhrəmanlı

21.01.2015 - 20:01

“Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı məhkəmələr hələ də davam edir”

“Neftçilərin Hüquqlarını
Müdafiə Təşkilatına 2014-cü ildə 1500-ə yaxın hüququ pozulan şəxs
müraciət edib”, – bu barədə təşkilatın sədri Mirvari Qəhrəmanlı
bildirib.
O, təşkilatın 2014-cü ildə
göstərdiyi hüquqi yardımlardan danışaraq, bildirib ki, 2014-cü il
ərzində əmək və sosial-iqtisadi hüquqların pozulması ilə əlaqədar
təşkilata 1500-ə yaxın müraciət olub. Bunlardan 1200 nəfər Bakıdan, 210
nəfər isə rayonlardandır. Ötən il ərzində əmək xəsarəti ilə bağlı 18
nəfərə hüquqi yardım göstərilib. Təşkilatın “facebook” səhifəsi
vasitəsilə göstərilən yardımlar nəticəsində 75 nəfər öz hüquqlarını
bərpa edə bilib.
Həmçinin ötən il təşkilat
tərəfindən məhkəmələr vasitəsilə 76 nəfərə hüquqi yardım göstərilib.
Təşkilatın hüquqşünasları Bakı, Gəncə, Şirvan, Astara, Hacıqabul, Salyan
və digər rayonlarda məhkəmə çəkişmələrində neftçilərin hüquqlarını
müdafiə ediblər. Bu müddət ərzində verilən 32 iddia təmin olunub, 4
 iddia qismən təmin olunub, 28 iddia isə təmin edilməyib. On iki məhkəmə
prosesi isə davam etməkdədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə
isə il ərzində iki şikayət göndərilib. Bundan başqa, iki hakim barəsində
Məhkəmə Hüquq Şurasına şikayət göndərilib.
M.Qəhrəmanlı bildirdi ki, NHMT mülkiyyət hüquqi sahəsində də hüquqi yardım göstərib: “Təşkilat Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar
kompensasiya ödənilməyən mülkiyyətçilərə hüququ yardım göstərməkdə davam
edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqları pozulan Oğuz
və Qəbələ sakinləri ölkə məhkəmələrində də süründürməçilik və
qanunsuzluqlarla rastlaşırlar. Hazırda bu mülki mübahisə ilə əlaqədar
Bakı şəhərinin Yasamal rayon Məhkəməsində 3 nəfərin, Bakı Apelyasiya
Məhkəməsində 2 nəfərin, Şəki İnzibati İqtisadi Məhkəməsində 2 nəfərin
“Azərsu”  ilə məhkəmə mübahisəsi davam edir. Apardığımız monitorinqlər
təsdiq edir ki, Bakı Apelyasiya Məhkəməsində və Ali Məhkəmədə bu mülki
mübahisələrə qanunvericiliklə nəzərdə tutulan qaydada baxılaraq,
qərarlar qəbul edilsə də, Yasamal və Şəki İnzibati İqtisadi
Məhkəmələrində qanunvericiliyin tələbləri pozulur. Bu məhkəmə
instansiyalarında həmin mübahisə üzrə iddialara 2 ilə yaxın müddətdə
baxılaraq, müvafiq qərarlar qəbul edilməyib”.
Eyni
zamanda ötən il təşkilat 18 nəfər mülkiyyətçinin Azərbaycan Beynəlxalq
Mədən Əməliyyat Şirkətinə və  Gədəbəy Rayon Aqrar İslahat Komissiyasına
qarşı mülki mübahisəsində mülkiyyətçilərə hüquq yardım göstərib.
Mülkiyyətçilərin hüquqları qismən də olsa, təmin edilib. Hazırda bu
mübahisələrə Gəncə İnzibati-İqtisadi məhkəmələrində baxılır.
M.Qəhrəmanlı
həmçinin qeyd edib ki, təşkilat işçilərin əmək və sosial hüquqlarının
nə dərəcədə qorunduğunu qiymətləndirmək üçün monitorinqlər aparır.
Məhkəmə monitorinqləri göstərir ki, mülki mübahisələrə baxılması zamanı
müddətlərə əməl edilməməsi sahəsində vəziyyət daha ağır olub.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=15568

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728