“Almaniyanı Ermənistandan işğal olunmuş ərazilərimizi boşaltmağı tələb etməyə çağırırıq” – bəyanat

08.10.2020 - 17:08

Azərbaycan QHT-ləri Almaniyanın Xarici İşlər naziri Hayko Maasın Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlaması ilə bağlı bəyanat veriblər.

Bəyənatda deyilir: 

– Biz Azərbaycan QHT-ləri olaraq bildiririk ki, Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Hayko Maasın Azərbaycana birtərəfli atəşkəsə dair çağırış etməsi və ölkəmizə təzyiq göstərilməsi barədə Almaniya Bundestaqında açıqlama verməsinin ictimaiyyətimizdə ciddi təəssüf hissi ilə qarşılanıb.

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci ildən etibarən Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Ermənistan davamlı olaraq Azərbaycanın mülki əhalisini, strateji sənaye obyektlərini, o cümlədən Avropanın enerji təhlükəsizliyində prinsipial rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəmərini və münaqişə zonasından yüzlərlə kilometr uzağlıqda yerləşən iri şəhərləri raket atəşinə tutur. Son iki həftədə Ermənistan beynəlxalq humanitar hüququ və Cenevrə konvensiyasını kobud şəkildə pozaraq uzaq mənzilli raket və artilleriyadan istifadə edərək Azərbaycanın 32 günahsız mülki vətəndaşını qəsdən öldürüb və 165-ni yaralayıb, 1000-dən çox evi və mülki infrastrukturu isə dağıdıb.

Hesab edirik ki, ATƏT-in Minsk Qrupuna üzv olan, Avropada və dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rol oynayan dövlət olaraq Almaniya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq aləmin tanıdığı sərhədlərinin toxunulmazlığı prinsipini birmənalı müdafiə edən BMT Təhlükəsizlik Şurası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT Parlament Assambleyası, eləcə də Almaniya Bundestaqının müxtəlif illərdə qəbul etdikləri qərar və qətnamələrinə hörmətlə yanaşmalı və işğalçı Ermənistanın indiyə kimi bu tələblərə əməl etməməsini şiddətlə qınamalıdır.

Qeyd olunanları nəzərə alaraq biz, yuxarıda adı çəkilən sənədləri qəbul edən tərəf olan Almaniyanı Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləməyə və regionda atəşkəsin və sülhün bərpasını təmin etmək üçün Ermənistanın işğal olunmuş ərazilərimizi dərhal, tam və qeyd-şərtsiz tərk etməsini tələb etməyə çağırırıq.

Ümid edirik ki, Almaniya hər zaman olduğu kimi bundan sonra da özünün obyektiv və beynəlxalq hüquqa uyğun prinsipial mövqeyini qoruyub saxlayacaqdır.

Sənədi aşağıdakı QHT-lər imzalayıb:

1. Rauf Zeyni Milli Qeyri-Hökumət Təşkilatları Forumu
2. Sabit Bağırov Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
3. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu
4. Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu
5. Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
6. Novela Cəfərova D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti

7. Səadət Bənənyarlı “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyi
8. Səltənət Qocamanlı İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
9. Qorxmaz İbrahimli Biosfer İctimai Birliyi
10. Əvəz Həsənov Humanitar Tədqiqatlar İctimai Birliyi
11. Əziz Ələkbərov Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi
12. İsrayıl İsgəndərov “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi
13. Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
14. Çingiz Qənizadə Demokratiya və İnsan Hüquqlari Komitəsi
15. Məhərrəm Zülfüqarlı İctimai Problemlərin Tədqiqi Assosiasiyası
16. Kamil Səlimov “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” ictimai birliyi
17. Fuad Məmmədov “Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”
18. Eyyub Hüseynov “Azad İstehlakçılar” İctimai Birliyi
19. Tənzilə Rüstəmxanlı Azəri Türk Qadinlar Birliyi
20. Mirvari Qəhrəmanova Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi
21. Şəmistan Əlizamanlı “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi
22. Akif Nağı Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi
23. Osman Gündüz Multimediya Sistemləri İctimai Birliyi
24. Mayis Əliyev Sosial Hüquqların Araşdırılması
25. İradə Rizazadə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi
26. Bahar Qasımova “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi
27. Məlahət İbrahimqızı “Lider Qadınlar” İctimai Birliyi
28. Fizüli Rzaquliyev Vətən Müharibəsi Veteranları İctimai Birliyi
29. Mehdi Mehdiyev Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
30. Mehriban Zeynalova Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
31. Əhməd Abbasbəyli “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi
32. Nəsiman Yaqublu Tarix və Mətbuat Araşdırmalarına Dəstək
33. Şahin Rəcəbov “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi
34. Aydın Əbilov “Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyi
35. Fikrət Yusifov Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
36. Elçin Hüseynov “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyi
37. Aydın Kərimov Müstəqil Hüquq Mərkəzi
38. Əhməd Qəşəmoğlu Tərəqqi və Demokratiya İctimai Birliyi
39. Hafiz Həsənov Hüquq və İnkişaf İctimai Birliyi
40. Mirəli Hüseynov Demokratiyanı Öyrənmə İctimai Birliyi
41. Şəmsəddin Əliyev Polisə Dəstək İctimai Birliyi
42. Asif Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
43. Emin Həsənli Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
44. İlqar Orucov Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi
45. Ramil İsgəndərli “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155683

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930