Neftin bu qədər ucuzlaşacağını banklar da gözləmirmiş

21.01.2015 - 20:07

2014-cü ildə bankların stress-test sınaqlarında neftin qiymətinin 50 dollaracan düşəcəyi nəzərdə tutulmurdu.

Bunu Davos İqtisadi Forumunda Britaniya-Honkonq bank qrupu olan HSBC-in Direktorlar Şurasının sədri Duqlas Flint deyib.

Onun sözlərinə görə, iqtisadiyyatda elə şeylər olacaq ki, biz indi
bunları görmürük: “Görünməmiş vəziyyətlərdən çıxmağın yolu bankların
kifayət qədər kapital ehtiyatıdır”.

Yanvarın 21-də İsveçrənin dağ kurortu olan Davosda açılan Dünya
İqtisadi Forumunda dünyanın 2500 siyasi və biznes lideri, ictimai
xadimlər, iqtisadi, siyasi ekspertlər iştirak edir.

4 gün çəkəcək forumda Fransa prezidenti Fransua Olland, ABŞ dövlət
katibi Con Kerri, Almaniya kansleri Angela Merkel və başqa liderlər
iştirak edir.

Yanvarın 21-dəki müzakirələrdə Fransanın “Total” neft şirkətinin
başçısı Patrik Puyan deyib ki, “neftin indiki istehsal səviyyəsini
saxlamağa nəhəng investisiyalar lazımdır”.

Onun sözlərinə görə, 2030-cu ilə kimi neft istehsalının yarısı yoxa
çıxacaq. Bu isə sutkada 50 milyon barreldir: “Bu, o deməkdir ki, biz
neft istehsalına nəhəng investisiya qoymalıyıq”.

O deyib ki, “dünyaya hər daha çox enerji lazımdır. Yaxın 20 ildə hər il enerji istehsalı 1 faiz artmalıdır.

Onun ehtimalına görə, atom enerjisi də inkişaf edəcək. Ancaq yaxın 20 ildə neft və qaz həlledici rol oynayacaq.”

Davosda iqlim problemi də qaldırılır. ABŞ-ın keçmiş vitse-prezidenti
Al Qor və müğənni Farrel Uilyams elan ediblər ki, iyunun 18-də 7 qitədə
“Canlı Yer musiqisi” tədbiri keçiriləcək. Tədbirin məqsədi iqlim
dəyişikliyinə diqqəti cəlb etməkdir.

2007-ci ildə ekologiya üzrə Nobel mükafatı alan Al Qor deyib ki, iqlim məsələsində dünya bu gün hərəkət etməlidir.

A.Qor bildirib ki, 2014-cü il Yer üzündə ən isti il olub. Bunu ABŞ-ın hökumət agentliklərinin göstəriciləri deyir.

XIX əsrdən aparılan statistika göstərir ki, 10 ən isti il 1997-ci ildən bəri olan illərdir (“Azadlıq” radiosu).

Short URL: http://www.cumhuriyyet.net/?p=15570

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728