Soydaşlarımız rəsmi Londonu Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb

09.10.2020 - 11:27

Böyük Britaniyada yaşayan azərbaycanlı icması ölkənin Xarici İşlər naziri Dominik Raaba müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyevin və Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın imzaladıqları məktublarda britaniyalı nazirə kanadalı həmkarı Fransua-Filip Şampanla hərbi toqquşmaların dayandırılmasına çağıran 6 oktyabr 2020-ci il tarixli birgə bəyanatına görə minnətdarlıq ifadə edilib.

Azərbaycan mənşəli britaniyalıların yaşadıqları ölkənin xarici siyasətinin balanslı və müstəqil yanaşmasını yüksək qiymətləndirdiklərini qeyd edən azərbaycanlı icması Fransa Prezidenti Emmanuel Makronu dövlətimizin və xalqımızın ünvanına əsassız ittihamlar səsləndirdiyinə görə sərt tənqid edib.

Azərbaycanla Böyük Britaniyanın tarixi əlaqələrə malik olduğunu, müasir dövrdə ölkələrimizin neft-qaz, elm, mədəniyyət və ticarət sahələrində tərəfdaşlıq və əməkdaşlıq etdiyini bildirən soydaşlarımız rəsmi Londonu Azərbaycana münasibətdə ədalətli siyasət yürütməyə, nüfuzundan və diplomatik çəkisindən istifadə edərək Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, milyona yaxın qaçqın və məcburi köçkünlərimizin öz evlərinə geri qayıtması və Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün dəstək göstərməyə çağırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=155708

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31